Icma.az
close
up
RU
Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı

Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı

Icma.az bildirir, Dogru.az portalına istinadən.

“Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşməsi Böyük Britaniyada müzakirə mövzusuna çevrilib. ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Krallıqla imzalanmış 1998-ci il “Xeyirli Cümə” sazişinə əsasən, İrlandiya Respublikaçı Ordusu (IRA) silahlı mübarizədən imtina etdi, lakin siyasi məqsədlərindən vaz keçmədi və qanuni partiya yaratdı. Eyni zamanda, Şotlandiyanın müstəqilliyi ilə bağlı keçirilən referendumda seçicilərin 45%-i ayrılmağın, 55%-i isə Birləşmiş Krallığın tərkibində qalmağın lehinə səs verdi. Əvvəllər Uels Birləşmiş Krallıqdan ayrılmağa ən az istək göstərən bölgə olsa da, indi orada da bu meyllər artmağa başlayıb”.

Doğru.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.

“Sentyabrın 12-də Tramp İrlandiyanın Baş naziri ilə birgə mətbuat konfransında jurnalistin Şimali İrlandiya ilə birləşmə perspektivi barədə sualına belə cavab verir: “Qoy birləşsinlər. Gec-tez onsuz da birləşəcəklər; qoy bu, elə indi baş versin”. Bu, mətbuatda geniş əks-səda doğurur. Sentyabrın 14-də Uelsin paytaxtı Kardiffdə Şotlandiya, Uels və Şimali İrlandiya baş nazirlərinin iştirakı ilə görüş keçirilir”, – deyə C.Yaycı qeyd edib.

O bildirib ki, Şotlandiyanın məqsədi tam müstəqillik əldə etmək, Uelsin məqsədi isə daha geniş suverenlik və qismən müstəqillik qazanmaqdır:

“Belə bir daxili qarışıqlıq baş verəcəyi təqdirdə, Şotlandiya növbəti dəfə referendum keçirib ayrıla bilər, Şimali İrlandiya isə ayrılaraq Avropa İttifaqı ərazisinə çevrilə bilər. Şotlandiyanın NATO-ya qoşulub-qoşulmayacağı və ya ümumiyyətlə ora qəbul edilib-edilməyəcəyi məlum deyil. Böyük Britaniyanın nüvə silahının yerləşdiyi iki yerdən biri Şotlandiyadır. Ukraynadan Rusiyaya daşındığı kimi, bunun Şotlandiyadan götürülüb İngiltərəyə daşınmasının mümkün olub-olmadığını bilmirəm.

Bundan əlavə, Rusiyanın buradakı seçkilərə və ya referendumlara təsiri çox böyük ola bilər. Artıq müəyyən iddialar səslənir. Britaniya Rusiyanın ən qatı rəqibidir. Bununla belə, məsələn, məhz Britaniya, Rusiya və Fransa 1821-ci ildə Yunanıstanı qurmuşlar. Dünya müharibələrində Britaniya, Rusiya və Fransa eyni cəbhədə idilər.

Maraqlıdır görəsən, Britaniya və Amerika Rusiyanı “dəhşətli kabus” kimi təqdim etməklə və Rusiyanın özünün də bilərəkdən belə təqdim olunmağı arzulaması ilə Avropadakı mövcudluqları üçün bir əsaslandırma yaradırlar?”

C.Yaycının sözlərinə görə, Britaniyadakı bu vəziyyəti İsraillə əlaqələndirənlər də var:

“Şotlandiya, Uels və Şimali İrlandiya baş nazirlərinin partiyaları İsrailə qarşı çox sərt mövqedədir. Britaniya bu yaxınlarda İsrailə qarşı çox sərt reaksiya verdi. Fələstin dövlətini tanıdı və embarqo tətbiq etdi. Buna cavab olaraq İsrail Qüdsdəki Britaniya konsulluğunu bağladı. Lakin Britaniyanın İsrailə tamamilə qarşı olduğunu demək çox cəsarətli olardı. Britaniyanın keçmiş müstəmləkələrində müsəlman əhali çoxdur. Əslində Britaniya Körfəz ölkələrinin arxasında duran gücdür. Buna görə də, Britaniya İsraili tam dəstəkləsəydi, Britaniya hegemonluğu sarsılardı. Həmin müstəmləkələrdə və təsir dairəsindəki dövlətlərdə yaşayan xalqlar Britaniyaya qarşı etiraz edərdi”./globalinfo

DOĞRU.AZ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://dogru.az
archiveBu xəbər 02 Oktyabr 2026 03:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri