Ən çox bahalaşma bünövrədən tikilən ”novostroyka”larda baş verib
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə il ərzində daşınmaz əmlak orta hesabla 15% bahalaşıb. İlin sonunda isə qiymət artımı daha da sürətlənib: «Bu, həm vətəndaşların, həm də sahibkarların il ərzində topladıqları gəlirlərini ilin sonunda müvafiq istiqamətlərə investisiyalara qoyması ilə bağlıdır. Bu da daha çox daşınmaz əmlak olur. Çünki hazırda investisiya yatırmaq üçün digər istiqamətlər o qədər də əlverişli deyil. Bu baxımdan noyabr-dekabr aylarında əmlakın qiymətində artım daha sürətli olur».
AQC sədri qeyd edib ki, ən çox bahalaşma torpaq sahələrində və bünövrədən tikilən tikililərdə baş verib:
«Ötən il torpaq sahələri təxminən 20%, bünövrədən tikilən yeni tikililər 16% bahalaşıb».
Ekspert əmlak bazarında bahalaşmanın 2026-cı ildə də davam edəcəyini gözləyir. Çünki tikintinin maya dəyəri də artır: «İqtisadi vəziyyət nə qədər çətin və ya maliyyə problemləri mövcud olsa da, daşınmaz əmlakın başa gəlmə xərcləri, onlara yönələn xərclər zaman keçdikcə artıdığna görə - yəni, tikinti materiallarının, işçi qüvvəsinin, yanacağın qiymətlərində artım olduğuna görə, bir kvadratmetrin başa gəlmə xərcləri 2026-cı ildə də artacaq. Belə olduğu halda, bazara təklif qiymətlərinin də artacağı gözlənilir».
Qiymətləndiricilər Cəmiyyətinin sədri bildirir ki, indiyədək olduğu kimi, 2026-cı ildə də investisiya bazarında daşınmaz əmlakı əvəz edəcək yatırım istiqaməti olmayacaq. Ona görə də investorlar yenə də ən çox əmlaka yatırım edəcəklər.
"Çünki ağır iqtisadi vəziyyət proqnozaları və qiymətlərin bahalaşması vətəndaşları daha çox daşınmaz əmlak bazarına yönəldir. Daşınmaz əmlak öz ehtiyatlarını, kapital yığımını qorumaq üçün ən etibarlı istiqamətdir. Hal-hazırda banklara o qədər də depozitlər qoyulmur, yatırım üçün daşınmaz əmlak sahəsi prioritet hesab olunur", - deyə sədr əlavə edib.
Vüqar Oruc daşınmaz əmlakın qiymətlərinin stabilləşmə şərtlərindən də danışıb:
"Daşınmaz əmlakın qiymətində stabilləşmə və ya hər hansı enmə o zaman mümkün ola bilər ki, alternativ investisiya istiqamətləri olsun, fond birjaları, qiymətli kağızlar birjaları çalışsın. Bu da, yaxın prespektivdə görünmür".(fed.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 09 Yanvar 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















