Icma.az
close
up
RU
Ən çox bu ölkələrdən məhsul alırıq SİYAHI

Ən çox bu ölkələrdən məhsul alırıq SİYAHI

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, 120 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.

Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 42813,7 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 24042,0 milyon dollarını və ya 56,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 18771,7 milyon dollarını (43,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5270,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,1 faiz artıb, real ifadədə 3,1 faiz, o cümlədən ixrac 5,4 faiz azalıb, idxal isə 0,6 faiz artıb.

2024-cü ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 3090,6 milyon dollar təşkil edib və 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 1,9 faiz artıb, real ifadədə isə 11,0 faiz azalıb.

Ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 13,0 faizi Türkiyə, 10,2 faizi Rusiya, 7,9 faizi Çin, 3,5 faizi ABŞ, 3,3 faizi Almaniya, 2,8 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,2 faizi Hindistan, 2,0 faizi Xorvatiya, 1,8 faizi İsrail, 1,7 faizi Gürcüstan, hər biri 1,5 faiz olmaqla Bolqarıstan, Portuqaliya və Birləşmiş Krallıq, 1,4 faizi İran, 1,3 faizi Yunanıstan, hər biri 1,1 faiz olmaqla Rumıniya və Belarus, hər biri 1,0 faiz olmaqla İsveçrə, Qazaxıstan və Ukrayna, 12,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 40,4 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 4,0 faizini Çexiyaya, 3,6 faizini Xorvatiyaya, hər biri 3,0 faiz olmaqla Hindistan və İsrailə, 2,8 faizini Almaniyaya, 2,6 faizini Portuqaliyaya, hər biri 2,5 faiz olmaqla Bolqarıstan və Gürcüstana, 2,1 faizini Yunanıstana, 1,7 faizini Rumıniyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 1,0 faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqla İndoneziya, Serbiya, İspaniya və Ukraynaya, 5,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,2 faiz), İsveçrəyə (6,3 faiz), ABŞ-a (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,4 faiz), Türkmənistana (2,4 faiz), Omana (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,0 faizi Çin, 17,6 faizi Rusiya, 11,2 faizi Türkiyə, 7,3 faizi ABŞ, 6,4 faizi Avstraliya, 4,0 faizi Almaniya, 3,0 faizi İran, 2,5 faizi İtaliya, 2,2 faizi Belarus, 2,0 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Türkmənistan, 1,4 faizi Ukrayna, 1,3 faizi Birləşmiş Krallıq, 1,2 faizi İsveçrə, hər biri 1,1 faiz olmaqla Fransa və Hindistan, 1,0 faizi Özbəkistan, hər biri 0,9 faiz olmaqla Braziliya və Kanada, 11,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2024-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 1,9 faiz, şəkər – 62,3 faiz, tütün – 3,1 dəfə, meyvə və tərəvəz konservləri – 14,3 faiz, bitki yağları – 72,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 63,0 faiz, çay – 4,5 faiz, pambıq lifi – 81,7 faiz, mineral gübrələr – 68,6 faiz, pambıq ipliyi – 0,8 faiz, bentonit gili – 34,3 faiz artıb, təzə meyvə ixracı isə 2,0 faiz, kartof – 32,0 faiz, meyvə və tərəvəz şirələri – 6,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 41,9 faiz, polipropilen – 24,0 faiz, polietilen – 18,3 faiz, elektrik enerjisi – 55,5 faiz, emal olunmamış alüminium – 16,6 faiz, sement klinkerləri – 2,3 faiz, qara metallardan çubuqlar – 4,1 faiz, qara metallardan borular – 8,9 faiz azalıb.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-noyabr aylarında buğda idxalı 2,0 faiz, təzə meyvə – 23,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 77,0 faiz, bitki yağları – 15,3 faiz, xam şəkər – 4,2 faiz, unlu qənnadı məmulatları – 11,0 faiz, şokolad və şokolad məhsulları – 10,7 faiz, çay – 3,3 faiz, quş əti və onun əlavə məhsulları – 39,6 faiz, mal əti – 55,3 faiz, təzə tərəvəz – 58,4 faiz, hesablama maşınları, blok və qurğuları – 23,4 faiz, yük avtomobilləri – 18,3 faiz, mebellər – 40,5 faiz, sintetik yuyucu vasitələr – 9,3 faiz, qara metallardan çubuqlar – 66,4 faiz, məişət kondisionerləri – 44,1 faiz, mineral gübrələr – 18,7 faiz, avtobuslar – 3,3 dəfə, paltaryuyan maşınlar – 2,1 faiz, polipropilen – 22,8 faiz, sement – 0,3 faiz artıb, kartof idxalı isə 19,9 faiz, siqaretlər – 75,3 faiz, minik avtomobilləri – 9,1 faiz, dərman vasitələri    – 25,8 faiz, polad prokatı – 6,5 faiz, qara metallardan borular – 10,3 faiz, rezin şinlər – 5,8 faiz, polietilen – 12,9 faiz, qara metallardan künclüklər – 13,0 faiz, məişət soyuducuları – 4,2 faiz azalıb.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri