Icma.az
close
up
RU
Azərbaycana ən çox bu ölkələrdən turist gəlib (SİYAHI)

Azərbaycana ən çox bu ölkələrdən turist gəlib (SİYAHI)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 2209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 1,5 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 49,0 faiz, İordaniyadan - 40,0 faiz, Polşadan - 35,5 faiz, İrandan - 33,2 faiz, İtaliyadan - 32,4 faiz, Türkmənistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 27,0 faiz, Yəməndən - 26,2 faiz, Niderlanddan - 21,7 faiz, Almaniyadan - 21,3 faiz, ABŞ-dan - 20,7 faiz, Misirdən - 20,0 faiz, Özbəkistandan - 19,5 faiz, Rusiya Federasiyasından - 19,0 faiz, Ukraynadan - 17,0 faiz, Tacikistandan - 16,7 faiz, Türkiyədən - 15,8 faiz, Fransadan - 14,6 faiz, Küveytdən - 12,1 faiz, Böyük Britaniyadan - 11,4 faiz, Moldovadan - 10,6 faiz artıb. 

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olub.  

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 17,6 faiz artaraq 1816,4 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 35,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,1 faiz, Gürcüstana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 10,8 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,8 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib.  Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see128

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri