Icma.az
close
up
RU
Ən çox çirklənmiş bazar: Saxta spirtli içkilərdən ölənlərin sayı artır

Ən çox çirklənmiş bazar: Saxta spirtli içkilərdən ölənlərin sayı artır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Paytaxtda spirtli içkidən daha bir nəfər zəhərlənərək vəfat edib. Bununla son günlərdə spirtli içkidən ölənlərin sayı 17 nəfərə çatıb. İlk belə hadisə fevralın 22-23-də Sabunçu rayonu ərazisində baş verib. 15 nəfərin spirtli içkidən dünyasını dəyişdiyi məlum olub.

 Sonrakı gün Suraxanı rayonunun Əmircan qəsəbəsində daha bir nəfər spirtli içkidən zəhərlənərək ölüb. Fevralın 26-sı saat 19 radələrində isə Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib. Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Son günlər baş verən ölüm halları ilə bağlı müxtəlif  mülahizələr səslənir. Ehtimal edilir ki, bu şəxslər qarlı, şaxtalı havada isinmək məqsədilə spirtli içkidən istifadə ediblər. Lakin aldıqları içki keyfiyyətsiz olub. Hətta bu şəxslərin apteklərdən texniki spirt (etil spirti) alıb suya qarışdıraraq içdikləri də ehtimal edilir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyib Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu məhlul çox toksikli maddədir:


 - Onlar aptekdə satılır, amma üstünə yazılır ki, daxilə qəbul qadağandır. Onu daxilə qəbul edən anda zəhərlənmə baş verir. Texniki spirt xarici dezinfeksiya məqsədi daşıyır. Bəziləri ucuzdur deyə alır, içirlər. Zəhərlənməyə məruz qalır, vəfat edirlər. Texniki spirt daxili orqanların fəaliyyətini iflic vəziyyətinə salır.  

E.Hüseynov bildirdi ki, ümumiyyətlə, spirtli içki bazarına ciddi nəzarət olmalıdır: 

- Standartlara uyğun olmayan şəraitdə, tərkibində etil spirti olan belə keyfiyyətsiz alkaqollu içkilərin əmtəə bazarında satışı insanların sağlamlığını təhlükə qarşısında qoyur. Belə içkiləri qəbul edənlər ölümlə üz-üzə qalır, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri etil spirti ilə hazırlayırlar. Bu da zəhərlənməyə səbəb olur. Çünki bu spirt antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərdə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni etil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Etil spirti bədəndə metobolizm nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir. Vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər. İstehlakçı spirtli içki alarkən ehtiyatlı olmalı, aksiz markasına diqqət etməlidir: 

- Spirtli içki alan zaman aksiz markasına diqqət edilməlidir. Son istifadə tarixinin qeyd olunduğu məhsulları almaq lazımdır. Bu işdə də ictimai nəzarət olmalıdır. Saxta spirtli içki istehsalı kimlərinsə gözü qarşısında baş verir, bundan xəbəri olan insanlar var. Onlar aidiyyəti orqanlara məlumat verməlidirlər. Müvafiq qurumlar da nəzarət mexanizmini gücləndirməlidir. Yadınızdadırsa, bir müddət əvvəl Vergilər Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bir neçə ticarət obyektində həyata keçirilmiş nəzarət tədbirləri zamanı kustar üsulla hazırlanmış spirtli içkilər aşkar etmişdi. Spirtli içkilər bazarı Azərbaycanın ən çox çirklənmiş bazarıdır, ən çox saxta məhsullar bu bazardadır. Paytaxt Bakıda və ölkənin digər bölgələrində gizli fəaliyyət göstərən sexlərdə kustar üsullarla spirtli içkilər hazırlanır və satış məntəqələrinə ötürülür. İstehlakçıların böyük əksəriyyəti restoran və kafelərdə onlara təqdim edilən spirtli içkilərin hansı qatışıqlardan hazırlanmasından xəbərsizdir. Ona görə də istehlakçılar diqqətli olmalı, aldıqları malların sertifikatını tələb etməli, məhsulun etiketinə, qablaşdırılmasına xüsusi fikir verməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də ciddi monitorinqlər aparmalı, keyfiyyətsiz, saxta, istifadə müddəti ötmüş ərzaqların satışdan çıxarılmasına nail olmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 02:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri