Icma.az
close
up
RU
HƏYƏCAN TƏBİLİ: Spirtli içkilərdən zəhərlənib ölənlərin sayı artıb

HƏYƏCAN TƏBİLİ: Spirtli içkilərdən zəhərlənib ölənlərin sayı artıb

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Müvafiq qurumlar tərəfindən mütəmadi olaraq restoranlarda istər qida vasitələrinə, istərsə də alkoqollu və alkoqolsuz içkilərə nəzarət edilir, yoxlamalar aparılır. Belə yoxlamalardan biri də iki gün öncə paytaxtda yerləşən restoranlardan birində aparılıb və saxta alkoqollu içkilər aşkarlanıb. Bu içkilər insan sağlamlığı üçün hansı təhlükələri yaradır?

Oxu.Az xəbər verir ki, "Trend" ötən il məhz spirtli içkilərdən zəhərlənənlərin statistikasına nəzər salıb:

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 2024-cü il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə alkoqoldan zəhərlənmə səbəbi ilə 64 nəfər qəbul edilib.

"Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Stasionar müalicələrdən sonra evə buraxılıblar", - deyə o əlavə edib.

Bəs spirtli içkilər nə vaxt zəhərlənmə yaradır?

Mövzu ilə bağlı danışan toksikoloq Aynur Məmmədova bildirib ki, spirtli içkilər əsasən miqdarından çox qəbul edildikdə zəhərlənmə verir.

"İnsanlar, daha çox kişilər, bunu nəzarətsiz qəbul edəndə əvvəlcə sərxoşluq, daha sonra zəhərlənmə halları baş verir. Spirtli içkidən zəhərlənmə zamanı insanlarda ürəkbulanma, qusma, huşun itməsi, qıcolma, təzyiqin qalxması kimi hallar olur. Hətta kəskin ürək-damar və tənəffüs çatışmazlığına kimi gətirib çıxara bilir. Əgər alkoqollu içki qəbul edən adamda qusma, kəskin baş ağrısı, ürək ətrafında ağrılar varsa, dərhal təcili yardıma müraciət edib onu xəstəxanaya çatdırmaq lazımdır. Spirtli içkidən zəhərlənən şəxslərə özbaşına yardım etmək olmaz. Çünki xəstələr huşsuz vəziyyətdə olanda süni qusma refleksini yaradanda onlarda aspirasiya olunur. Aspirasiya odur ki, xəstə huşu özündə olmadığı üçün qusma zamanı idarə etməsi olmur və qusuntu kütləsi tənəffüs yollarına keçir. Bu zaman da tənəffüs çatışmazlığı yaranır. Hətta bu xəstənin ölümünə qədər gətirib çıxara bilir. Təəssüf ki, biz xəstəxanada belə hallara daha çox rast gəlirik. Evdə süni olaraq qusmanı yaratmaq istəyəndə və yaxud da xəstə huşsuz vəziyyətdə olanda, xəstədə qusma refleksi olanda çalışmaq lazımdır ki, xəstənin başını yan tərəfə çevirək. Başı arxaya tərəf qoymaq olmaz. Onda qusuntu kütləsi ağıza gəlir və tənəffüs yoluna düşür. Bu da ağır fəsadlar törədir və ölümə gətirib çıxara bilir", - o qeyd edib.

Həkim saxta alkoqollu içkilərdən istifadə zamanı yaranan fəsadlardan və onlardan qorunma yollarından da söz açıb:

"Bir ara bəzi xəstələrimiz olub ki, deyir içkinin ağzını açanda asan açıldı, əvvəlkindən fərqlidir, saxta olduğunu düşündüm. Belə olan hallarda fikir vermirlər, diqqətli olmurlar. Restoranlarda, yol qırağında olan kafelərdə buna daha çox rast gəlinir. Ona görə, məsləhətdir ki, şübhəli olan yerlərdə oturduqda, yaxşı olar ki, spirtli içkilərdən istifadə etməsinlər. Restoranlarda alkoqollu içkilərdən istifadə zamanı da tələb etməlidirlər ki, içki onların gözləri qabağında açılsın. Eyni zamanda, diqqət etməlidirlər ki, içki şüşələrinin üzərində aksiz markaları olsun, ağzı kustar üsullarla bağlanmış olmasın. İçkinin şəffaflığına da diqqət edilməlidir ki, çöküntüsü olmasın. Saxta spirtli içkilər mütləq ki seçilir. Bahalı içkilərin ucuz qiymətə təklif edilməsi də onun saxta olduğuna işarədir".

O əlavə edib ki, indi zəhərlənmə halları daha da artıb.

"Xüsusilə gənclər nəzarətsiz qalır, hansısa yığıncaqlarda alkoqollu içkidən istifadə edirlər. Buna görə də, ehtiyatlı olmaq lazımdır. Əlavə olaraq müxtəlif spirtli içkiləri qarışdıraraq içmək olmaz. Çox yaxşı olar ki, insanlar sağlam həyat tərzi sürmək üçün heç vaxt alkoqollu içkilərdən istifadə etməsinlər", - deyə toksikoloq vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Yanvar 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri