Icma.az
close
up
RU
Ən çox D vitamini hansı qidada var? Həkim ən faydalı 10 məhsulu açıqladı

Ən çox D vitamini hansı qidada var? Həkim ən faydalı 10 məhsulu açıqladı

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

D vitamini əsasən heyvan mənşəli, qismən isə bitki mənşəli məhsullardan təbii şəkildə əldə oluna bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə magistr dərəcəli səhiyyə mütəxəssisi, həkim Sintiya Sass "Health” nəşrində yazıb.

ABŞ Milli Səhiyyə İnstitutlarının məlumatına görə, insanın gündəlik D vitamini tələbatı yaş və defisit riskindən asılıdır.

Uşaqlıqdan orta yaş dövrünə qədər adətən gündə təxminən 600 BV D vitamini tələb olunur. Hamilə və süd verən qadınlar üçün də eyni göstərici keçərlidir. 1 yaşadək körpələrə 400 BV, 70 yaşdan yuxarı şəxslərə isə 800 BV D vitamini tövsiyə olunur.

Həkimin sözlərinə görə, D vitamininə yüksək risk qrupuna daxil olan insanlar daha çox ehtiyac duyurlar. Bu qrupa ana südü ilə qidalanan körpələr, yaşlılar, tünd dərili şəxslər, həzm sistemi xəstəlikləri (Kron xəstəliyi, xoralı kolit, çölyak xəstəliyi) olanlar, mədə şuntlama əməliyyatı keçirmiş şəxslər və artıq çəkidən əziyyət çəkənlər daxildir.

Bundan başqa, xolesterini azaldan bəzi dərmanlar, qıcolma əleyhinə preparatlar, steroidlər və arıqlama dərmanları qəbul edən şəxslərdə də ehtiyac artır. Xroniki böyrək və qaraciyər xəstəlikləri olanlar da risk qrupuna daxildir.

Sintiya Sass D vitamini ilə zəngin 10 məhsulu açıqlayıb:

1. Forel

85 qram buxarda bişirilmiş foreldə 12,06 mkq (təxminən 60%) D vitamini var.

2. Qızılbalıq

85 qram bişmiş qızılbalıqda 383 BV (48%) D vitamini mövcuddur.

3. Badam südü

226 qram badam südündə 199 BV (24,9%) D vitamini var.

4. Sardina

106 qram yağda konservləşdirilmiş sardinalarda 178 BV (22%) D vitamini olur.

5. Yulaf südü

226 qram yulaf südündə 156,4 BV (19,5%) D vitamini var.

6. Süd məhsulları

1 stəkan tam süd (3,25%) 124 BV (15,5%) D vitamini ehtiva edir.

7. Soya südü

227 qram soya südündə 120 BV (15%) D vitamini mövcuddur.

8. Yumurta

1 böyük qaynadılmış yumurtada 43,5 BV (5,4%) D vitamini var.

9. Tuna balığı

85 qram bişmiş tuna balığında 40 BV (5%) D vitamini olur.

10. Göbələklər

1 stəkan bişmiş şiitake göbələyində 40,6 BV (5%) D vitamini var.

Araşdırmalara görə, günəş işığına məruz qalan göbələklərdə D vitamini miqdarı daha yüksək ola bilər. "Nutrients” jurnalında dərc olunan tədqiqatda qeyd olunur ki, belə göbələklər düzgün saxlanmadıqda və bişirildikdə D vitamini səviyyəsini qismən itirə bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyun 2026 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri