Icma.az
close
up
RU
Ən çox qızıl ehtiyatları olan 20 ÖLKƏ

Ən çox qızıl ehtiyatları olan 20 ÖLKƏ

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.

1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. Hazırda  dünya bazarlarında qızılın 1 unsiyası (31,1 qram) 2700-2800 dollar ətrafında dəyişir.

1. ABŞ – 8 133 ton

Dünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb. 1946-cı ildə qızıl ehtiyatı ABŞ tarixinin ən böyük həcminə – 20 min 205 tona çatıb. Növbəti illərdə dolların stabilləşdirilməsi məqsədilə qızıldan aktiv istifadə olunduğu üçün onun həcmi 2 dəfəyə qədər azalır.
Hazırda ABŞ 8 min 133 kiloqram qızıl ehtiyatı ilə dünyada ən böyük qızıl fonduna malikdir. Daha 60 ölkənin qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.

2. Almaniya – 3 352 ton

Siyahıda ikinci yeri tutan Almaniya isə 1951-ci ildən özünə “ağ qızıl” ehtiyatı toplamağa başlayıb. 1968-ci ildə ehtiyatlar öz ən yüksək həddinə – 4 min tona çatıb. Hazırda bu göstərici 3,352 kiloqrama qədər azalıb. Maraqlıdır ki, Almaniyanın qızıl ehtiyatlarının 70 faizi ABŞ Federal Rezerv Bankında, Londonda yerləşən İngiltərə bankında və Parisədki Fransa bankında yerləşir.

3. İtaliya – 2 452 ton

İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv şəkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi durum İtaliya hakimiyyətini qızıl ehtiyatından isitfadə etməyə sövq edirdi. Buna baxmayraq, Ümumdünya Qızıl Şurasının son məlumatları İtaliyanın dünyada ən böyük 3-cü qızl ehtiyatına malik olduğunu göstərir.

4. Fransa – 2 437 ton

Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyşiməklə özü üçün böyük “ağ qızıl” ehtiyatı yaradıb. 1965-ci ildə rəsmi Paris 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın qızıl ehtiyatı çox olan 4-cü dövlətidir. Fransızlar 3-cü pillədəki İtaliyadan bir az geri qalırlar. Qeyd olunmalıdır ki, əksər ölkələrdən fərqli olaraq, Fransa öz qızıl ehtiyatlarını ABŞ Federal Rezerv Bankında saxlayır.

5. Rusiya – 2 336 ton

Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın 2015-ci ildə 1,149 ton qızıl ehtiyatı var idi. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qaldıqdan sonra, şimal qonşumuz qızıl ehtiyatının həcmini əhəmiyyətli dərəcədə artırmaqda davam edir.

Siyahıda sonrakı yerlərdə aşağıdakı ölkələr gəlir:

6. Çin – 2 264 ton

7. İsveçrə – 1 040 t

8. Hindistan – 854 t

9. Yaponiya – 846 t

10. Niderland – 612 t

11. Türkiyə – 595 t

12. Tayvan – 423 t

13. Polşa – 420 t

14. Portuqaliya – 383 t

15. Özbəkistan – 374 t

16. Səudiyyə Ərəbistanı – 323 t

17. Böyük Britaniya – 310 t

18. Qazaxıstan – 296 t

19. Livan – 287 t

20. İspaniya –282 t (Lent.az)

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Aprel 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri