Qazaxıstan ən çox qızıl ehtiyatına malik 20 ölkə sırasına daxil olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 4 iyun, AZƏRTAC
Son 10 ildə Qazaxıstanda qızıl filizi hasilatı 2,2 dəfə artıb.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın sənaye və tikinti nazirinin müavini İran Şarhan bildirib. O qeyd edib: “Qiymətli metallar sadəcə bir əmtəə deyil, onlar iqtisadi və siyasi gücün alətidir”.
Nazir müavininin sözlərinə görə, Qazaxıstan bir sıra metallar üzrə dünyada aparıcı ölkələr sırasında yer alır. O vurğulayıb: “Bu gün fəxrlə deyə bilərik ki, biz uzun illər titan, mis, alüminium, sink və qurğuşun, ferroərintilər, o cümlədən berillium, tantal və niobium kimi metalların istehsalı və tədarükü üzrə dünya bazarında əsas oyunçu olmuşuq. Son 10 ildə qızıl filizi hasilatı 2,2 dəfə, təmizlənmiş qızıl istehsalı isə 2 dəfə artıb. Bu, Qazaxıstana ən çox qızıl ehtiyatına malik 20 ölkə sırasına daxil olmağa imkan verib”.
Elşən Rüstəmov
AZƏRTAC-ın müxbiri
Astana


