Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Ən çox şəkli çəkilən məşhurlar Diana, Obama, Ronaldo...

Ən çox şəkli çəkilən məşhurlar Diana, Obama, Ronaldo...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Məşhurluq parlaq səhnələrin, izdihamlı alqışların və dünya miqyasında tanınmağın cazibədar siması kimi görünsə də, bu parıltının arxasında çox zaman ciddi psixoloji yük, şəxsi sərhədlərin pozulması və daim izlənilmə hissi dayanır. Müasir dövrdə texnologiyanın inkişafı və medianın hər anı sənədləşdirmək imkanları bəzi məşhurları sadəcə sənətkar deyil, vizual mülkiyyətə çevirib. Onlar hər gün milyonlarla baxışın obyektinə çevrilir, şəxsi həyatlarını rahat yaşamaqdan məhrum olurlar.

Papa II Yəhya Pavelin Vatikan eyvanından etdiyi çıxışdan, Britni Spirsin saçlarını qırxdığı anadək, Şahzadə Diananın faciəvi sonuna qədər - bu adlar təkcə məşhurluqları ilə deyil, davamlı izlənildikləri üçün çəkdikləri mənəvi əziyyətlərlədə xatırlanır. Onlar medianın yaratdığı simvollar, bəzən də onun qurbanları oldular.

Modern.az fotoaparatların obyektivinə çevrilən və eyni zamanda o obyektivlərin ağırlığı altında əzilən, tarixə vizual ikonlar kimi düşən məşhurları təqdim edir. 

1. II Yəhya Pavel

Papa olmaq özü-özlüyündə böyük hadisə olsa da, II Yəhya Pavel yalnız Katolik Kilsəsinin deyil, bütün dünyanın ən ikonik fiqurlarından birinə çevrilməyi bacarıb. 1978–2005-ci illərdə papanlıq edən II Yəhya Pavel, yalnız dini liderliyi ilə deyil, həm də dünyanın ilk "media papası" kimi tarixə düşdü.

Bu dövrdə televiziya, qəzet, jurnal və yeni-yeni inkişaf edən rəqəmsal media dini liderləri də pop mədəniyyətin bir hissəsinə çevirmişdi. O, Vatikanın məşhur Müqəddəs Pyotr Bazilikasındakı eyvandan etdiyi çıxışları ilə bütün diqqətləri cəlb edirdi. Onun hər çıxışı, hər duası, hər jesti anında dünyaya yayılır, qəzet başlıqlarına çıxırdı.

Ağ cübbəsi və zərif duruşu ilə həm ruhani, həm də vizual olaraq ikonik lider olan Pavel medianın diqqəti sayəsində qlobal simvola çevrildi


2. Barak Obama

Barak Obama həm lider, həm də pop mədəniyyət ikonasına çevrilən nadir siyasətçilərdəndir. ABŞ-nin ilk afroamerikalı prezidenti olaraq 2009-cu ildə vəzifəyə gələndə rəqəmsal dövr artıq öz zirvəsinə çatmışdı. Beləliklə “YouTube”, “Facebook”, “Instagram” kimi platformalar onun hər anını sənədləşdirirdi. Onun seçki kampaniyasındakı "HOPE" posteri isə tarixdə ən çox tanınan vizuallardan birinə çevrildi.

Səmimiliyi, xalqla yaxın olması, idmanla məşğul olması, ailəsi ilə səmimi anları və hətta prezidentlik dövründəki gəzintiləri belə kameralar üçün ideal səhnələrə çevrilmişdi.


3. Merilin Monro


20-ci əsr kinematoqrafiyasının ən parlaq simalarından biri olan Merilin Monro təkcə istedadı və cazibədarlığı ilə deyil, həm də obyektivlərin daim arxasınca qaçdığı bir fenomen kimi yadda qalıb. Sarı saçları, qırmızı dodaqları, səmimi baxışları və ikonik duruşu ilə o, kameralara poz verməyə ehtiyac duymadan belə hər zaman mükəmməl görünürdü.

1950–60-cı illərdə Hollivudun ən parlaq ulduzu olan Monro medianın formalaşdırdığı ilk qlobal simvola çevrilib. Onun metro üzərində uçuşan ağ paltarı ilə çəkilən məşhur görüntüsü bir səhnədən daha çox, bütün bir dövrün simvoluna çevrildi. Hər addımı, hər jesti, hətta adi gəzintiləri belə fotoaparatlar üçün “obyekt” olurdu.
Mediada onun şəkilləri yalnız filmlərdəki səhnələri ilə məhdudlaşmırdı – şəxsi həyatı, geyimləri, münasibətləri, hətta göz yaşları belə başlıqlara daşınırdı. Onun fotoları dönə-dönə qəzetlərə, jurnallara və afişalara çıxarılır, hər paylaşımında yenidən doğulurdu sanki. Bu görünmə ehtiyacı çox zaman Merilini yoran bir təqibə, bəzən də istismara çevrildi.

4. Britni Spirs

Britni Spirs 1990-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində pop musiqisinin ən parlaq ulduzlarından biri kimi tanındı. "...Baby One More Time" (1999) və "Oops!... I Did It Again" (2000) kimi hitləri ilə qlobal şöhrət qazandı və "Popun Şahzadəsi" ləqəbini aldı. 

Lakin onun şəxsi həyatı daima medianın diqqət mərkəzində oldu. 2007-ci ildə yaşadığı psixoloji çətinliklər və ictimaiyyət qarşısında saçlarını qırxması, paparazzilərin obyektivlərinə əks olundu və bu görüntülər dünya mediasında geniş yayıldı. Bu hadisə, onun həyatının nə qədər diqqətlə izlənildiyini və şəxsi məkanının necə pozulduğunu göstərdi. O, rəqəmsal dövrün ilk böyük paparazi qurbanlarından biri olaraq yadda qaldı.


5. Maykl Cekson

Maykl Cekson təkcə musiqi tarixinə adını yazdıran bir sənətçi deyil, həm də medianın diqqət mərkəzindən heç çıxmayan bir fenomen idi. Unikal səhnə performansları, “moonwalk” rəqsi və musiqi klipləri ilə dünya şöhrəti qazansa da, şəxsi həyatı ilə də daim xəbər başlıqlarında yer aldı.

Əsasən keçirdiyi estetik əməliyyatlar, fərqli davranışları və ona qarşı irəli sürülən ittihamlar medianın onun üzərində obsesiv marağını daha da artırdı. Jurnalistlər onun həyatını sensasiyaya çevirdi, şəxsi məkanını daim pozdu.

Maykl Cekson özü də bu təzyiqə “Leave Me Alone” kimi mahnılarla cavab verdi. Nə qədər mübahisəli fiqur olsa da, o, həm musiqidə, həm də media tarixində silinməz iz qoydu.


 6. Məhəmməd Əli

Əfsanəvi boksçu Məhəmməd Əli təkcə idman uğurları ilə deyil, cəsarətli siyasi mövqeyi ilə də diqqət çəkirdi. Onun Vyetnam müharibəsinə qatılmaqdan imtinası, irqi bərabərlik uğrunda çıxışları medianın əsas müzakirə mövzularından biri idi.

Əlinin hər döyüşü, verdiyi hər açıqlama başlıqlara çıxır, onun fotoları və müsahibələri ilham mənbəyi kimi təqdim olunurdu. Az sayda, lakin güclü və simvolik şəkilləri onu mediada ölümsüzləşdirdi.


7. Kriştiano Ronaldo

Dünyanın ən məşhur futbolçularından biri olan Ronaldo təkcə idman bacarıqları ilə deyil, imici və şəxsi həyatı ilə də medianın daimi izlədiyi simaya çevrilib.

Hər oyunu, transferi, ailəsi ilə bağlı paylaşımları, moda və reklam sahəsindəki fəaliyyəti geniş şəkildə mediada yer alır. Paparazzilər onun gündəlik həyatını belə izləyir, Ronaldo isə bu diqqəti brend gücünə çevirməyi bacaran şəxslərdəndir.


 

8. Elvis Presli

"Rock and Roll"un kralı sayılan Elvis Presli, səhnədəki enerjisi, geyim üslubu və karizması ilə 1950–60-cı illərdə medianın əsas ulduzuna çevrilmişdi.

O dövrün texniki imkanları məhdud olsa da, Elvisin konsertlərdə, studiyalarda və şəxsi həyatında çəkilmiş fotoları daim qəzet və jurnalların üz qabığında yer alırdı. Media onun simasını bir mədəniyyət simvoluna çevirdi. 


9. TVXQ

2003-cü ildən fəaliyyət göstərən Cənubi Koreyalı musiqi qrupu TVXQ Asiyada K-pop fenomenini dünyaya tanıdan əsas simalardan biri oldu.

Konsertlər, fan görüşləri, reklamlar və şou proqramlar sayəsində media onların hər addımını qeydə alırdı. Onların fotoları və video görüntüləri K-pop mədəniyyətinin formalaşmasında əsas vizual materiallara çevrildi. 


 

10. Şahzadə Diana


İngiltərə kral ailəsinin ən çox sevilən üzvü olan Şahzadə Diana, zərifliyi və humanitar fəaliyyəti ilə xalqın, şəxsi həyatı ilə isə medianın diqqətini çəkirdi.

Boşanması, sevgiləri və sosial layihələrdəki iştirakı paparazzilər tərəfindən addımbaaddım izlənilirdi. 1997-ci ildə Parisdə baş verən və onun ölümünə səbəb olan qəzanın belə jurnalist təqibi fonunda yaşanması, medianın təsir gücünü acı şəkildə göstərdi. Onun fotoları bu gün də mədəniyyət tarixində yer almaqda davam edir.


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri