Icma.az
close
up
RU
Sağlamlıqla sınağa çəkilən məşhurlar SİYAHI KONKRET

Sağlamlıqla sınağa çəkilən məşhurlar SİYAHI KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir çox tanınmış musiqiçi, aktyor və idmançı ağır xəstəliklərlə üzləşib. Onların bəziləri xəstəliyə qalib gəlib, bəziləri isə həyatını itirib.

“Qara Pantera” filminin ulduzu Çedvik Bouzman dörd illik yoğun bağırsaq xərçəngi ilə mübarizədən sonra dünyasını dəyişib. Britaniyalı rok əfsanəsi Devid Boui isə 18 ay gizli saxladığı xərçəng xəstəliyinə məğlub olub.

Müğənni və aktrisa Selena Qomez lupus xəstəliyi səbəbindən 2017-ci ildə böyrək köçürməsi əməliyyatı keçirib və xəstəliyini ictimaiyyətlə bölüşərək maarifləndirmə aparır. Aktyor Maykl C. Foks 1991-ci ildə Parkinson xəstəliyinə tutulub və sonradan bu sahədə elmi tədqiqatlara dəstək üçün fond yaradıb. Aktrisa Kristina Applegate isə 2021-ci ildə çoxsaylı skleroz diaqnozu aldığını açıqlayıb.

Türkiyəli sənətçilər arasında da ciddi sağlamlıq problemləri yaşayanlar var. Yıldız Tilbə konsert zamanı yüksək təzyiqdən əziyyət çəkdiyini bildirib. Müğənni Yılmaz Morgül isə uzun illər dəri xərçəngi ilə mübarizə apararaq ABŞ-də müalicə alıb.

Sağlamlıqla bağlı çətinliklər yalnız sənət dünyası ilə məhdudlaşmır. Tanınmış idmançılar arasında da ağır xəstəliklərə qalib gələnlər az deyil. Amerikalı velosipedçi Lans Armstronq testis xərçəngindən sağ çıxaraq ardıcıl yeddi dəfə “Tur de Frans” qalibi olub. Alonzo Mourinq 54 yaşında prostat xərçəngi diaqnozu alıb və uğurlu əməliyyatdan sonra sağalıb. Britaniyalı velosipedçi Kris Hoy da xərçəng müalicəsi keçdiyini ictimaiyyətə açıqlayıb.

Hindistanlı kriketçi Yuvrac Sinq nadir növ şiş xəstəliyinə qalib gəlib, fransalı futbolçu Sebastyan Haller isə prostat xərçəngindən müalicə aldıqdan sonra idmana qayıdıb.

Mütəxəssislər bildirirlər ki, məşhurların xəstəliklərini ictimai şəkildə paylaşması cəmiyyətin maariflənməsinə, erkən diaqnozun və sağlam həyat tərzinin əhəmiyyətinə diqqəti artırır.(BAKU.WS)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri