Icma.az
close
up
RU
Ən çox türkün yaşadığı ölkəyik: Türklərin vətəniyik Avatkov

Ən çox türkün yaşadığı ölkəyik: Türklərin vətəniyik Avatkov

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın “İzvestiya” portalı Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısı barəsində “Arxadan yatağan (qədim türk xəncəri – red.): TDT Rusiyaya qarşı hərbi təlim keçirməyi planlaşdırır” adlı məqalə yayımlayıb. Məqalədə Rusiyanın TDT-nin genişlənən fəaliyyətindən, xüsusilə gələcək birgə hərbi təlimlər keçirəcəyindən ciddi şəkildə narahat olduğu üzə çıxır.

Axar.az sözügedən məqaləni təqdim edir:

TDT-nin 12-ci Zirvə Toplantısına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan üzv kimi, Türkmənistan, Macarıstan və yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr respublikası isə müşahidəçi qismində qatılıb. Tərəflər ortaq kökləri, birliyi, hərbi və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib. Konkret olaraq gələn il Azərbaycanda hərbi təlimlər keçirməyi planlaşdırırlar. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasında göstərdikləri köməyə görə TDT-yə üzv ölkələrə təşəkkür edib. Özbəkistan Füzulidə Mirzə Uluq bəyin adına məktəb, Qazaxıstan Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb tikdirib. Macarıstan Cəbrayılda təhsil müəssisəsi tikir, Türkiyə şirkətləri çoxsaylı tunellərin, yolların, körpülərin tikintisində iştirak edir. Bu dəfə liderlər Türkmənistanın Füzulidə tikəcəyi məscidin təməlini də qoyublar. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxışında “sərhəd tanımayan yeni təhlükəyə” qarşı durmağın və kiberhücumlara qarşı mübarizə üçün Kibertəhlükəsizlik Şurasının yaradılmasının zəruriliyindən danışıb. Həmçinin Avrasiya nəqliyyat çərçivəsinin strateji həlqəsinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm rolunu vurğulayıb, üzv olan ölkələri Orta dəhliz boyunca bütün zəruri infrastrukturu modernləşdirməyə çağırıb. Ən çox səs salan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan olub. O, TDT-ni təkcə mədəni birlik kimi deyil, həm də strateji əməkdaşlıq platforması kimi xarakterizə edib. Ərdoğanın sözlərinə görə, Təşkilat istənilən bir vəziyyətə hazırdır. Tərəflər beynəlxalq oyunçu kimi mövqeyini möhkəmləndirmək üçün Təşkilatın “Türk Dövlətləri Təşkilatı+”a çevirərək digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib. İclasın yekununda 121 bənddən ibarət Qəbələ Bəyannaməsi imzalanıb. 13-cü bənddə türkdilli ölkələr arasında strateji tərəfdaşlıqdan, əbədi dostluqdan və qardaşlıqdan bəhs edilir. Əliyev tərəfdaşlarına 2026-cı ildə Azərbaycanda hərbi təlimlər keçirməyi təklif edib.

İddialı təşəbbüslərə baxmayaraq, ölkələr arasında daxili ticarət dövriyyəsi kifayət qədər aşağı olaraq qalır. Qarşılıqlı ticarət üzvlərin ümumi xarici ticarət dövriyyəsinin cəmi 7%-ni təşkil edir, çünki Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin əsas tərəfdaşları Rusiya, Çin və digər Asiya dövlətləri olaraq qalır. TDT çərçivəsində azad ticarət zonasının yaradılmasına bir neçə amil mane olur: Aİİ və MDB-yə üzvlük kompleks tarif koordinasiyasını tələb edir və Türkiyənin də AB ilə ayrıca azad ticarət zonası var, bu da ümumi inteqrasiya siyasətinin inkişafına mane olur.

Rusiyalı türkoloq Vladimir Avatkov bildirib ki, TDT-nin məqsədi türk dünyası deyil, Türkiyə dünyası yaratmaqdır:

“Əslində dünyada ən çox türk xalqlarının yaşadığı ölkə Rusiyadır. Biz türklərin vətəniyik. Burda isə Türkiyə və ətrafı özlərini əsas hesab edir, başqalarını isə bu məntiqə əməl etməyə məcbur edir. Yeri gəlmişkən, macarlar da türk təşkilatlarına qoşularaq türkləşdilər. Onlar başqalarını da gətirə bilər: finlər, yaponlar və monqollar müzakirə edilir. Niyə olmasın? TDT üzv ölkələrin mədəniyyət və dil sahəsində suverenliyini azaltması tendensiyası da təhlükəlidir. Yeri gəlmişkən, artıq ümumi süni əlifba qəbul edilib – onun nə vaxt tətbiq olunacağı sual altındadır. Müdafiə ilə bağlı ilk addım Budapeştdə TDT-nin qeyri-rəsmi sammitinin yekunu üzrə imzalanmış Bəyannamədə öz əksini tapıb. İndi Ərdoğan məmnundur: o, türkmərkəzlik sistemini uğurla qurur, burada Türkiyə Cənibi Qafqaz və Orta Asiya türkləri timsalında zirvədə olacaq. Təşkilat ölkələri müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib, birgə təlimlərə hazırlıq elan edib. Görünür, onlar Türkiyənin NATO standartlarına əsaslanacaq. Bəs bütün bunların KTMT və Aİİ ilə əlaqəsi necə olacaq? Qorxuram ki, olmayacaq. Və əsas sual budur: ölkələr kimə qarşı təlim keçəcək?”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri