Icma.az
close
up
RU
Doğrudanmı, biz rusdilli ölkəyik?!

Doğrudanmı, biz rusdilli ölkəyik?!

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya prezidenti Vladimir Putin Azərbaycanı rusdilli ölkə adlandırıb. Bundan əvvəl eyni sözü Qazaxıstan haqqında demişdi.

Sosial medianın Azərbaycan seqmenti bu sözdən qıcıqlanıb. Onlardan bəziləri də Putinin bu iddiasının cavabsız qalmasından narazıdır.

Bəli, Putinin bu sözü işlətməsinin səbəbi məlumdur; Kremlin işğal alətlərindən biri də rus dilidir. "Azərbaycanda rus qoşunu yoxdur" deyə fəxrlə danışırıq. Ancaq Rusiyanın Azərbaycanda qoşun saxlamağına ehtiyacı yoxdur ki! Azərbaycanda Putinin qoşundan da qorxulu bir ordusu var: rus məktəbləri. Yüzlərlə rus məktəbində minlərlə rusbaşlı yetişdiririk. Öz dövlətimizin büdcəsi hesabına öz millətimizə yad bir zümrə yetişdiririk, sonra da onları dövlət ierarxiyasında yerləşdiririk. Rusiyaya bağlı, Rusiyaya heyran elita formalaşdırmaqda davam edirik. Hələ də ən gəlirli və prestijli vakansiyalara qəbul zamanı əsas şərtlətdən biri rus dilidir. Hələ də evdə, işdə, cəmiyyət içində bir-biri ilə rusca danışan Azərbaycanlıların sayı çoxdur. Hələ də uşaqlarımızı rus məktəblərində oxutmaq üçün basabas salırıq. Sonra da Putinin: "Azərbaycan rusdilli ölkədir" sözünə təəccüblənirik, hətta qəzəblənirik.

Sən öz millətinin adını çəkməyə qorxanda, öz dilini aşağılayanda, rusdilliləri hər yerdə yuxarı başa çəkəndə, öz övladını aparıb rus məktəbi vasitəsilə Rusiyaya - Putinizmə peşkəş edəndə, rus şovinizminin əsgərinə çevirəndə, qarşılığında nə gözləyirdin?! Putinə cavab vermək, sosial mediada rus diktatoru "yıxıb-sürümək" çox asandır. Ancaq özümüzün buna nə ilə, necə rəvac verdiyimizi də görməliyik, ancaq görə bilmirik.

Bu dəfə sevindik ki, türk dövlətlərinin (türkdilli ölkələrin) prezidentləri Qəbələ sammitində öz dillərində çıxış elədilər. Gör, vəziyyət nə yerdədir ki, biz buna sevindik. Bəs cəmiyyət?! Niyə hələ də bir-birimizlə rusca danışırıq?!

Özünüz yaxşı bilirsiniz ki, Rusiyanın, rus kəşfiyyatının əsas hədəflərindən biri həmişə Bakını Azərbaycanın qalan ərazisindən fərqləndirmək olub. "Bakılılar" adlı ayrıca bir "millət" formalaşdırmağa çalışıb Kreml. "Bakılı oğlanlar" komandasına "XX əsrin çempionu" titulu havayı verilməmişdi ki! Bu komanda öz böyük kütlə toplayırdı və Azərbaycanlının təhrif olunmuş obrazını yaradırdı, milləti aşağılamaqla məşğul idi. Rayonlardam gələnlərin guya Bakını korladığı haqda təbliğat aparırdılar. Onlardan biri də Bəhram Bağırzadədir. Yazıçı Çingiz Abdullayev də bu dəstənin bir parçası oldu. Rayon camaatına qarşı təbliğat o qədər irəlilədi ki, hətta hökumətin qərarlarına da yön verməyə başladı. Yadınızda varsa, bir ara rayon avtomobillərini Bakıya buraxmırdılar. Rayon camaatının Bakıya girişinə olaraq "viza rejimi" tətbiq edilmişdi. Yaxşı ki, bunun təhlükəli olduğunu başa düşənlərin müqaviməti nəticə verdi və paytaxta "viza rejimi" ləğv olundu. Bu rejim nə üçün idi?! Bakını fiziki olaraq Azərbaycandan ayırmaq üçün. Bu, məlum prosesin başlanğıcı sayıla bilər.

Xoşbəxtlikdən cəmiyyətin özünümüdafiə reflekslərini oyada bildik. Ancaq cəmiyyətdə ruslaşma tendensiyasının qarşısını almaq hələ də mümkün olmur. Putinin niyyəti də məlumdur: o, Azərbaycan dövlətinə mesaj göndərir. "Mənimlə ehtiyatlı olun, Azərbaycan cəmiyyətinin önəmli bir hissəsinin prezidenti hələ də mənəm" demək istəyir. Bu mesajı məhz belə oxumaq lazımdır.

İndi biyurun, gedin, övladlarınızı, nəvələrinizi, nəticələrinizi rus məktəblərinə qoyun, sonra da gəlin, çayxanada oturaq, Turan qurmaqla məşğul olaq...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Oktyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri