Icma.az
close
up
RU
Ən gənc tələbə 621 bal topladı: Xaricdə özümü inkişaf etdirib ölkəmə qayıdacam

Ən gənc tələbə 621 bal topladı: Xaricdə özümü inkişaf etdirib ölkəmə qayıdacam

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub.

Modern.az saytı 16 yaşlı Gülşən Məmmədli ilə əlaqə saxlayaraq onun qəbul nəticəsi ilə bağlı təəssüratlarını və gələcək planlarını öyrənib.

Gülşən Məmmədli bildirib ki, tibb sahəsinə marağı uşaqlıq illərindən yaranıb. Əvvəllər pediatr olmaq istəsə də, zaman keçdikcə tibbin müxtəlif istiqamətləri ilə maraqlanmağa başlayıb və nəticədə stomatologiya ixtisasını seçib.

“Uşaqlıqdan həkim olmaq istəmişəm. Əvvəllər uşaq həkimi olmağı düşünürdüm. Böyüdükcə gördüm ki, tibbin çoxsaylı sahələri var və hər birinin özünəməxsus dərinliyi mövcuddur. Stomatologiya qismətim oldu. İndi bu imkanı dəyərləndirmək istəyirəm”, - deyə o bildirib.

Ən gənc tələbə gələcəkdə təhsilini xaricdə davam etdirməyi də planlaşdırdığını qeyd edib:

“Universiteti bitirdikdən sonra xaricdə özümü inkişaf etdirmək, daha sonra isə yenidən ölkəmə qayıtmaq istəyirəm”.

Gülşən Məmmədli qəbul imtahanına hazırlıq prosesinin intensiv keçdiyini deyib. Onun sözlərinə görə, məktəb dərsləri ilə yanaşı repetitor yanında da hazırlaşıb:

“Günə görə dəyişirdi. Bəzən üç saat, bəzən beş-altı, hətta yeddi saat hazırlaşırdım. Səhər və axşam vaxt tapdıqca dərs oxuyurdum. Ümumilikdə gündə orta hesabla beş-altı saat hazırlığa vaxt ayırırdım”.

Bakıda yaşayan Gülşən seçim zamanı Azərbaycan Tibb Universitetini də qeyd etdiyini, lakin qəbul nəticəsinə əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi olduğunu bildirib. O, Naxçıvanda təhsil almaq qərarında ailəsinin dəstəyinin mühüm rol oynadığını vurğulayıb.

“Əlbəttə, Azərbaycan Tibb Universitetini də seçimlərim arasında yazmışdım. Qismətimə Naxçıvan düşdü. Valideynlərim mənə çox dəstək olurlar. Mən də bu şansı əldən vermək istəmirəm. Əsas odur ki, seçdiyim ixtisas üzrə - stomatologiya sahəsində təhsil alacağam”, - deyə Gülşən Məmmədli əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri