Icma.az
close
up
RU
​Ölkəmə, təhsilimə və gələcəyimə olan inamım...

​Ölkəmə, təhsilimə və gələcəyimə olan inamım...

Icma.az, Metbuat saytına istinadən bildirir.

Bu gün bu sətirləri yazmaq mənim üçün çox qürurverici və həyəcanlıdır. Azad ölkəmizin qalib xalqının qalib gənci kimi bir daha bilirəm ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yaratdığı və gənclərə olan dəstəyi, qayğısı bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Mən fəxr edirəm ki, Azərbaycanda könüllülük prinsipləri əsasında, bir çox könüllü proqramlarında iştirak edərək həm gənclər siyasətinə dəstək ola bilirəm, həm də özümü inkişaf etdirirəm. Bu, təbii ki, ölkəmizin gənclərə olan dəstəyinin və gücünün simvoludur. Bu gün gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Mən bu gün öz təhsil həyatımda da ictimai fəaliyyətimi davam etdirir, təhsil aldığım müəssisədə Tələbə Gənclər Təşkilatının sədri olaraq fəaliyyət göstərirəm. Təhsilimi Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində alıram və artıq son kurs tələbəsi olaraq məzunluğa doğru yaxınlaşıram. Bildirmək istəyirəm ki, tələbə olduğum müddətdə özümü həm peşəkar, həm də şəxsi inkişaf baxımından zənginləşdirmişəm və gələcəkdə təhsilimi davam etdirmək, daha da inkişaf etmək niyyətindəyəm. Daim təhsil aldığım kollecdə tələbə gənclərimizin inkişafı, gələcəyin güclü kadrları kimi yetişmələri üçün bir çox işlər görür və mühüm addımlar atırıq. Mən də həm tələbə, həm də kollecin ictimai fəal gənci olaraq dərslərimdə yanaşı, eyni zamanda ictimai fəaliyyətimi də uğurla davam etdirə bilirəm. Bu ixtisaslı və peşəkar kadrlar hazırlayan kollecin kollektivinin, həm də biz tələbə gənclərin birgə uğurudur.

Mən Azərbaycan Könüllüsü olaraq hesab edirəm ki, bu gün qazandığım təcrübələr gələcəyim, Vətənim və millətim üçün güclü bir kadr və layiqli vətəndaş kimi formalaşmağımda, ölkəmin iqtisadi, siyasi və beynəlxalq səviyyədə təmsil olunmasında əsas rol oynayacaq. Ölkəmizin güclü olması, bir daha mötəbər bir tədbir olan COP29-un ölkəmizdə keçirilməsi, bu zaman yaradılan şəraitlə necə güclü olduğumuz və bunu layiqincə həyata keçirdiyimiz bir daha dünya ictimaiyyətinin şahidliyi ilə sübut olundu. Həmçinin, artıq bir çox böyük və güclü ölkələrin Azərbaycanla əlaqələrinin güclənməsi də bir gənc kimi mənə fəxr hissi yaşadır. Bu gün bir daha görürük ki, iki ölkə arasında siyasi qarşılıqlı inam və ənənəvi dostluq möhkəmlənir, ticarət, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq əlaqələri genişlənməkdədir. Qeyd etmək istəyirəm ki, hazırda Çin–Azərbaycan münasibətləri yüksək səviyyədədir. Çin dünyada ən böyük inkişaf etməkdə olan ölkə olmaqla yanaşı, ümumi daxili məhsulun həcminə görə iqtisadi baxımından ikinci yeri tutur və eyni zamanda planetimizin ən böyük ixracatçısıdır. Azərbaycan isə Cənubi Qafqazda rəqabət qabiliyyətinə görə ən güclü, MDB regionunda isə ən sürətlə inkişaf edən ölkələrdən biridir. Çin və Azərbaycan arasında uzunmüddətli və sabit dostluq münasibətlərinin inkişafı iki ölkənin maraqlarına və xalqlarımızın ortaq istəklərinə cavab verir. Bu, bir daha ölkəmizin artan beynəlxalq nüfuzunu, qlobal gücünü və Prezident İlham Əliyevin apardığı uğurlu inkişaf və quruculuq siyasətinin ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracağının sübutudur. Bu il bizim üçün fəxr və qürurverici ildir. Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə “Konstitusiya və Suverenlik” ili elan olunmuşdur. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq ölkəmizdə bu istiqamətdə bir çox layihələr icra olunur. Çox sevindirici haldır ki, bu gün burada yenə könüllülərin, gənclərin sayı əsaslıq təşkil edir.

Bəli, Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Bununla da gənclərimiz, fevralın 2-ni Azərbaycanda Gənclər Günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular.Bu gün mən Sumqayıt gənci olaraq onu da bildirmək istəyirəm ki, Gənclər və İdman Nazirliyinin kollegiyasının növbəti qərarı ilə Sumqayıt “Gənclər Paytaxtı” elan olunub. Sumqayıt daim “Gənclər şəhəri” olaraq adlandırılmışdır. Hər zaman həm təhsil, həm idman, həm də sosial və mədəniyyət sahəsində inkişafı ilə seçilən şəhərimizdir. Mən bütün Sumqayıt gəncləri, bütün gənclər adından bildirmək istəyirəm ki, biz gənclər olaraq daim prinsiplərimizə sadiq qalacaq, inkişaf edəcək, ölkəmizin gələcəyi üçün çalışacaq, problemlərin həllində cəmiyyət üçün faydalı olacağıq. Son olaraq bildirmək istəyirəm ki, biz fəxr edirik , Azərbaycan könüllüsüyük, Azərbaycan gənciyik və qalib ölkənin qalib gəncləriyik!

Famil Pirəliyev

İlin Könüllüsü" mükafatına layiq görülmüş, Sumqayıt Dövlət Texniki Kollecinin Tələbə-Gənclər Təşkilatının sədri, fəal Sumqayıt gənci

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri