Icma.az
close
up
RU
Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Rusiya-Ukrayna müharibəsinin həlli məsələsi yenidən gündəmdədir. ABŞ və Avropa İttifaqı tərəfindən münaqişənin həlli üçün planlar hazırlanıb.

Bəs nəticə necə ola bilər?

Redaktor.az-a açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, ABŞ Prezidenti Donald Trampın 28 bəndlik sülh planının ardınca Avropa İttifaqı liderlərinin 24 bəndlik planı Tramp planına qarşı alternativ olaraq hazırlanıb təqdim olundu:

"Rusiya-Ukrayna müharibəsi ətrafında bu kontekstdə artan gərginliklər var və bu hər gün daha da geniş miqyas almaqdadır. Bütün bunlar deməyə əsas verir ki, bu istiqamətdə hazırlanan planların, görüşlərin, verilən bəyanatların arxasında həm geosiyasi, həm strateji, həm də iqtisadi motivlərlə bağlı maraqlar yer alır. Artıq vəziyyət o həddə çatıb ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Ağ Evdə qəbul etməkdən imtina edib və Ağ Ev mətbuat katibi Kerolayn Livittin “ABŞ-nin Ukraynaya maliyyə yardımlarını dayandırması ilə bağlı” "Fox News" kanalına verdiyi açıqlaması yer alıb. Əlbəttə ki, Trampın təklif etdiyi sülh planında da Ukrayna üçün çox ağır maddələr mövcuddur. Hansı ki, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş torpaqlarını Rusiyaya vermək və hərbi gücün ölçülü azaldılması, həmçinin Ukrayna ordusunun hərbi canlı qüvvəsinin yarı-yarıya azaldılması ilə bağlı bəndlər yer alıb ki, Ukrayna hökuməti bunları rədd edir".

Müsahibimiz hesab edir ki,  Avropa İttifaqı özünün 24 maddəlik planı ilə Ukraynaya dəstək nümayiş etdirir:

"Hesab edirəm ki, bu plan münaqişə ölkələri arasında dialoqu bərpa etmək və atəşkəsin əldə olunması istiqamətində ən məqbul hesab olunan sənəd ola bilər. Tramp planı isə bunun tam əksini göstərir və bütün beynəlxalq hüquq normalarına qarşı gələn bir sənəd təqdim olunub. Bu sənəd gələcəkdə Avropa və digər ölkələrin təhlükəsizliyini və suverenliyini təhdid altında saxlayan sənəd olaraq nə Ukrayna dövləti, nə də Avropa Birliyi ölkələrinin liderləri tərəfindən qəbul edilməsi mümkün deyil. Doğrudur, Trampın irəli sürdüyü sülh planında Ukraynaya qarşı məqbul hesab olunan şirnikləndirici bəndlər də yer alıb. Amma bütün bunlara rəğmən Ukraynanın indiyə qədər verdiyi itkiləri və digər ziyanları nəzərə alsaq və ən əsas səbəblərdən, ərazi bütövlüyü və suverenlik məsələləri ilə bağlı təklifləri də əlavə etsək, burada Ukrayna dövlətinin nə qədər haqlı olduğunu görərik".

Çingiz Şahbazinin sözlərinə görə, ABŞ bunları qəbul etdiyi təqdirdə Ukraynaya və Avropa İttifaqına zəmanət sözü verir:

"ABŞ-nin bu mövqeyi suallar doğurur. Bu səbəbdən ABŞ Prezidenti Trampın Ukraynaya qarşı hazırkı mövqeyi bir çox məqamlarda inandırıcı gəlmir və ehtimallar arasında baş verən hadisələrin pərdə arxasında duran əsl planların nə olduğunu bilmək də çətindir. Bu baxımdan mövcud motivlərin qəbul edilib edilməyəcəyindən asılı olmayaraq, öncə məqsədlərin aydınlaşması vacibdir və burada işğala məruz qalan tərəf olaraq bütün hallarda Ukraynanın maraqları əsas götürülməlidir. Əks halda Rusiya Ukraynanın ərazilərini işğal altında saxlayırsa, Ukrayna tərəfindən çıxış edən ABŞ həmçinin Ukraynanın iradəsini, siyasi kursunu və digər dövlət hüquqlarını işğalda saxlamaqla siyasi alver edir.

Bu baxımdan hazırkı vəziyyətə ən məqbul hesab olunan sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plan hesab oluna bilər və bu plan ətrafında danışıqlar masasını qurmaq, hesab edirəm ki, həmçinin Rusiya üçün də məqbuldur".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:403
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri