Icma.az
close
up
RU
Avropa Ittifaqı Yaponiyanı qoruya biləcəkmi? ŞƏRH

Avropa Ittifaqı Yaponiyanı qoruya biləcəkmi? ŞƏRH

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq paktının imzalanması köhnə qitənin maraqlarının sərhədləri aşdığını göstərir. 

"Cebheinfo.az" xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Ekspert vurğulayıb ki, bu pakt gələn ilin yanvarın 1-də qüvvəyə minəcək: 

“Tokioda təhlükəsizlik paktını imzalayan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Josep Borrell Yaponiyanın paytaxtında eyni zamanda strateji dialoqun ilk iclasında iştirak edib. 

Borrell Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşdə Avropa İttifaqı ilə Yaponiya arasında təhlükısizlik əməkdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə edib. 

Avropa İttifaqının rəsmisi Yaponiyanın müdafiə naziri Gen Nakatani ilə görüşdə dəniz və kibertəhlükəsizlik, eləcə də kosmos sahəsində əməkdaşlığı müzakirə edib. 

Borrel müzakirələrdən sonra şəxsi səhifəsində təhlükəsizlik paktını əhəmiyyətini belə izah edib: “Avropa İttifaqı ilə Yaponiya arasında münasibətlərin dərinləşməsi hər iki tərəfin əhalisini daha təhlükəsiz gələcəyə doğru aparacaq”. Yaponiyanın təhlükəsizliyi ilə bağlı artan narahatlığı bir neçə amillə əlaqəlidir”. 

Elxan Şahinoğlu qeyd edib ki, Çin bölgədə hərbi gücünü artıb, dəniz qüvvələrini gücləndirib, yeni sualtı gəmilər istehsal edib, Çin Rusiya ilə birgə dənizlərdə birgə hərbi təlimlərin sayını artırıb, Şimali Koreyanın raket sınaqları narahatlıq doğuran digər amildir:

“Yaponiyanın ABŞ-la strateji müttəfiqliyinə və bu dövlətlə müxtəlif regional birliklərdə iştirakına baxmayaraq, Tokio əlavə təhlükəsizlik təminatlarına ehtiyac duyur. Rusiyanın Ukrayna ilə apardığı müharibə fonunda Çinlə hərbi ittifaqı gücləndirməsi Tokionu ciddi narahat edir. Məsələ burasındadır ki, Rusiya-Ukrayna müharibəsi Tokionun Kremllə münasibətlərini xeyli dərəcədə gərginləşdirib. 

Rusiyanın Çinlə birgə Yaponiya sahillərində hərbi təlimlərin miqyası genişlənib. Kremli Çinin Tayvan adasını nəzarətə götürmək siyasətinə dəstəyini artırıb.

Avropa İttifaqı hərbi təşkilat deyil, silahlı qüvvələri yoxdur. 

Bu baxımdan Avropa İttifaqının Yaponiyanı necə qoruyacağı sual altındadır. Yaponiyanın birgə hərbi təlimlərə, hərbi əməkdaşlığı dərinləşdirməyə ehtiyacı var. Bu Avropa İttifaqının imkanı xaricindədir. 

Buna baxmayaraq, Tokioda hesab edirlər ki, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Vaşinqtonun Yaponiyanın müdafiəsinə marağı azala bilər. Buna görə Tokio alternativlər axtarmaq məcburiyyətindədir.

Ancaq Avropa İttifaqı hərbi blok deyil və bölgədə vəziyyətin gərginləşəcəyi halında Yaponiyanı qoruyacaq alətlərə malik deyil”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri