Ən məşhur Windows klaviatura qısayolunun sirri
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Windows-da geniş istifadə olunan Ctrl+Alt+Del düymə kombinasiyası saxta giriş pəncərələrindən qorunmağa və istifadəçinin parolunu təhlükəsiz daxil etməsinə kömək edir.
Bakıvaxtı.az xəbər verir ki, Windows Latest portalının məlumatına görə, bu kombinasiya Windows 11-də də təhlükəsizlik funksiyası kimi saxlanılıb.
Microsoft-un təsisçisi Bill Geyts 2013-cü ildə sistemə daxil olmaq üçün üç düyməni eyni vaxtda basmaq zərurətini səhv adlandırmışdı. O, bu əməliyyat üçün ayrıca bir düymənin olmasını istəsə də, IBM klaviatura tərtibatçıları belə bir düymənin əlavə edilməsindən imtina ediblər.
Məlumata görə, Ctrl+Alt+Del kombinasiyası təsadüfən basılmasını çətinləşdirmək üçün seçilib. Əvvəlcə tərtibatçılar və texniki mütəxəssislər üçün nəzərdə tutulan bu kombinasiya sonradan geniş istifadə olunmağa başlayıb.
Windows 11-də Ctrl+Alt+Del düymələrini basdıqda təhlükəsizlik ekranı açılır. Buradan kompüteri kilidləmək, istifadəçiləri dəyişmək, hesabdan çıxmaq, parolu dəyişmək və ya Tapşırıq Menecerini açmaq mümkündür.
Birbaşa Tapşırıq Menecerini açmaq istəyənlər isə Ctrl+Shift+Esc kombinasiyasından istifadə edə bilərlər.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 23 Oktyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















