“Windows”un pulsuz sürətləndirilməsinin sirri açıqlandı
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Windows 11-də əməliyyat sistemini (OS) əhəmiyyətli dərəcədə sürətləndirə biləcək funksiyalar açıqlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər əsas problem kimi əməliyyat sisteminin vizual hissəsinin yaxşı optimallaşdırılmaması və buna görə də bəzi effektləri söndürməyi məsləhət görürlər. Onlar sistemin yavaşlamasına səbəb olan funksiyalar kimi şəffaflıq və animasiya effektlərini göstəriblər və bu parametrlərin deaktiv edilməsinin "Windows"u effektiv və tamamilə pulsuz şəkildə sürətləndirə biləcəyini bildirirlər.
Mütəxəssislər bildirib ki, animasiyalar kompüter ekranında göstərilən hər bir əməliyyata kiçik gecikmələr əlavə edir. Onlar cəmi bir neçə millisaniyə vaxt aparır, amma hər gün minlərlə əməliyyat etdikdə animasiyalar istifadəçini nəzərəçarpacaq dərəcədə ləngidir. Animasiyaları söndürmək üçün “Xüsusi imkanlar” bölməsinə daxil olub “Vizual effektlər” alt bölməsinə keçmək lazımdır. Orada “Animasiya effektləri” parametrini deaktiv etmək kifayətdir.
Şəffaflıq effektləri isə müəllifin sözlərinə görə, Windows interfeysində obyektləri bulanıq göstərir və praktiki faydası yoxdur.
Bu parametrlər “Fərdiləşdirmə” bölməsinin “Rənglər” alt bölməsində yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 05 İyun 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















