Icma.az
close
up
RU
Ən mürəkkəb cərrahi əməliyyatı uğurla başa çatdırdı Fotolar

Ən mürəkkəb cərrahi əməliyyatı uğurla başa çatdırdı Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Sarılıq və yüksək hərarət şikayətləri ilə müraciət edən 1959-cu il təvəllüdlü kişi pasiyentdə aparılan müayinələr nəticəsində pankreas və öd yolları nahiyəsində patoloji lezyon aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, diaqnoz dəqiqləşdirildikdən sonra Ümumi və bariatrik cərrahiyyə üzrə uzman həkim Ayxan Abbasov tərəfindən pasiyent üzərində hepatopankreatobiliar cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan laparoskopik pankreatikoduodenektomiya (“Whipple” əməliyyatı) icra edilib.

“Whipple” əməliyyatı mədəaltı vəzin baş hissəsinin, onikibarmaq bağırsağın, öd yollarının və bəzi hallarda mədənin bir hissəsinin çıxarılmasını, daha sonra isə həzm sisteminin yenidən qurulmasını əhatə edən çoxmərhələli və yüksək texniki bacarıq tələb edən cərrahi müdaxilədir. Bu səbəbdən əməliyyat dünya üzrə yalnız ixtisaslaşmış mərkəzlərdə həyata keçirilir və ümumi cərrahiyyənin ən mürəkkəb prosedurlarından biri hesab olunur.

Pasiyentdə əməliyyat ənənəvi açıq üsulla deyil, laparoskopik (qapalı) üsulla icra edilib. Laparoskopik “Whipple” əməliyyatı texniki baxımdan açıq əməliyyatdan daha çətin hesab olunur və yüksək təcrübə tələb edir. Bu üsulun əsas üstünlükləri daha az əməliyyat travması, daha az ağrı, qan itkisinin azalması, erkən hərəkətlənmə, daha sürətli bərpa prosesi və gündəlik həyata daha tez qayıtmaq imkanı yaratmasıdır.

Əməliyyat uğurla başa çatdırılıb, əməliyyatdan sonrakı dövr stabil keçib və pasiyent qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Əməliyyatdan sonrakı patoloji müayinənin nəticələrinə əsasən xəstəliyin erkən mərhələdə olduğu müəyyən edilib. Bu səbəbdən pasiyent həkim-onkoloq Anar Məmmədov tərəfindən qiymətləndirilib və müasir onkoloji protokollara uyğun olaraq adjuvant kapesitabin müalicəsinə başlanılıb.

Mütəxəssislər vurğulayırlar ki, pankreas və öd yolları nahiyəsinin xəstəliklərində erkən diaqnoz, düzgün xəstə seçimi və müasir cərrahi yanaşmalar müalicənin uğurunda əsas rol oynayan amillərdir.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 İyun 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri