Icma.az
close
up
RU
Fond cəzaçəkmə müəssisələrində insan hüquqlarının monitorinqini uğurla başa çatdırdı

Fond cəzaçəkmə müəssisələrində insan hüquqlarının monitorinqini uğurla başa çatdırdı

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“Konstitusiya” Araşdırmalar Fondu cəzaçəkmə müəssisələrinin monitorinqi layihəsini uğurla yekunlaşdırdı. 452 məhkum maarifləndirilib, 321 məhkuma hüququ yardım göstərilib.
Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, “Konstitusiya” Araşdırmalar Fondu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsini uğurla başa çatdırıb. Layihənin əsas məqsədi məhkumların hüquqi maarifləndirilməsi, onlara hüquqi yardım göstərilməsi və Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində insan hüquqlarının təminatı vəziyyətinin qiymətləndirilməsi olub:
"Layihə çərçivəsində Fondun ekspert və hüquqşünaslardan ibarət komandası Ədliyyə Nazirliyinin 11 penitensiar müəssisəsində monitorinqlər həyata keçirib. Bunlara 4, 5, 6, 10, 11, 12, 14, 15, 16 saylı cəzaçəkmə müəssisələri, Lənkəran penitensiar kompleksi və Umbakı cəzaçəkmə müəssisəsi daxildir. Layihə çərçivəsində “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə” və “Amnistiya və Əfvetmə” mövzularında 11 maarifləndirici seminar keçirilib. Bu tədbirlərdə ümumilikdə 452 məhkum iştirak edib".
Əliməmməd Nuriyev həmçinin bildirib ki, seminarlar zamanı məhkumlara hüquqi savadlılıq, hüquqi prosedurlar və azadlığa çıxış imkanları barədə ətraflı məlumat verilib:
"Maarifləndirmə ilə paralel olaraq, 11 müəssisədə fərdi hüquqi məsləhət xidmətləri də təşkil olunub. 321 məhkum Vəkillər Kollegiyasının üzvü olan vəkil və peşəkar hüquqşünaslardan ödənişsiz hüquqi yardım alıb. Bu xidmətlər məhkumların müraciətləri əsasında fərdi qaydada həyata keçirilib və onların hüquqlarının müdafiəsinə real dəstək verib. Monitorinqlərin nəticələri Ədliyyə Nazirliyinə, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim ediləcəkdir. Layihənin icrası müddətində Ədliyyə Nazirliyi ilə əməkdaşlıq səmərəli və qarşılıqlı etimada əsaslanan şəkildə qurulub".
Qeyd edək ki, layihə məhkumların hüquqi maarifləndirilməsinin artırılması, reabilitasiya və cəmiyyətə reinteqrasiya proseslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Konstitusiya” Araşdırmalar Fondu gələcəkdə bu istiqamətdə əldə olunan təcrübəni genişləndirərək, cəza siyasətində insan hüquqlarına əsaslanan idarəetmə modelinin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see227

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see225

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see194

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see193

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see188

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see168

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see158

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see153

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see148

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see129

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see129

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see128

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see128

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri