Icma.az
close
up
RU
Ən təhlükəli Yeni il yeməkləri: Sən də bunlardan yeyirsənsə…

Ən təhlükəli Yeni il yeməkləri: Sən də bunlardan yeyirsənsə…

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Yeni il ərəfəsində süfrələrdə bolluq hökm sürsə də, bəzi ənənəvi yeməklər sağlamlıq üçün ciddi risk daşıya bilər. Qida təhlükəsizliyi üzrə ekspertlər bayram günlərində ən çox rast gəlinən zəhərlənmə səbəblərini araşdıraraq xəbərdarlıq ediblər.

Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bayram süfrəsində risk qrupuna ilk növbədə uzun müddət açıq havada qalan və tez xarab olan yeməklər daxildir. Tibbi ekspert, allergoloq-immunoloq Andrey Prodeus bildirib ki, xüsusilə ağır souslarla hazırlanmış salatlar yüksək mikrobioloji aktivliklə seçilir:

“Mayonezli və südlü souslarla ədviyyatlanan salatlar soyuducudan çıxarıldıqdan bir neçə saat sonra təhlükəli ola bilər. Onların tərkibindəki yumurta və süd məhsulları bakteriyaların çoxalması üçün ideal şərait yaradır”.

Şirniyyat və kremli tortlara xüsusi diqqət

Araşdırmaya əsasən, Yeni ildə ən çox zəhərlənmə halları kremli tortlar, qaymaq əsaslı desertlər və qatı südlü xəmir məmulatları ilə bağlı olur. Mütəxəssis qeyd edir ki, belə məhsullar temperatur dəyişikliklərinə qarşı daha həssasdır və tez xarab olur:

“Bayram zamanı desertlər süfrədə uzun müddət saxlanır, çox vaxt bir neçə dəfə soyuducuya qoyulub çıxarılır. Bu isə onların təhlükəsizliyini minimuma endirir”, – ekspert bildirir.

Ət və balıq yeməkləri:

Qida təhlükəsizliyi mütəxəssisləri qeyd edirlər ki, ikinci ən təhlükəli qida qrupu ət, quş əti, balıq yeməkləri və kürüdür. Xüsusilə isti məkanda saxlanılan bu cür məhsullar bakteriya çoxalması üçün əlverişli şərait yaradır.

Bundan əlavə, bayram süfrəsində tez-tez bir neçə saat ərzində təkrar-təkrar qızdırılan yeməklər də risk faktoru hesab olunur.

Tərəvəz salatları düşündüyünüz qədər təhlükəsiz deyil

Çoxları üçün ən təhlükəsiz görünən göyərti və tərəvəz salatları da əslində potensial risk daşıyır. Həkimlər bildirirlər ki, yuyulsa belə, salatlarda mikroorqanizmlərin qalma ehtimalı yüksəkdir:

“Tərəvəz salatları bayram süfrəsində günlərlə qala bilər. Növbəti dəfə yeyərkən yumaq çoxları üçün çətin olduğundan bakteriyalar sürətlə çoxalır və bu da zəhərlənmə riskini artırır”.

Alkoqol – gözardı edilən əsas risk

Həkimlərin qeyd etdiyi digər təhlükə mənbəyi isə həddindən artıq spirtli içki qəbuludur. Alkoqolun həm həzm sisteminə, həm qaraciyərə zərər verdiyi, həm də digər təhlükəli qidaların təsirini gücləndirdiyi vurğulanır.

Həkim tövsiyələri:

Bayram günlərində zəhərlənmədən qorunmaq üçün mütəxəssislər aşağıdakıları tövsiyə edir:

Salatları süfrəyə çıxarmazdan bir qədər əvvəl hazırlamaq

Mayonez və qaymaq tərkibli yeməkləri uzun müddət isti məkanda saxlamamaq

Ət və balıq yeməklərini 2 saatdan artıq otaq temperaturunda saxlamaqdan çəkinmək

Desertləri yalnız soyuducuda saxlamaq

Göyərti və tərəvəzləri istehlakdan dərhal əvvəl yumaq

Alkoqollu içkilərdən ölçülü şəkildə istifadə etmək

Ekspertlər bildirirlər ki, sadə qaydalara əməl etməklə Yeni il süfrəsi həm zəngin, həm də təhlükəsiz ola bilər. (Yeni Sabah)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Dekabr 2025 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri