Icma.az
close
up
RU
Yay aylarının ən təhlükəli QİDALARI Bunlardan uzaq durun!

Yay aylarının ən təhlükəli QİDALARI Bunlardan uzaq durun!

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay aylarında zəhərlənmə riski xeyli artır. İsti hava şəraitində bəzi qidalar sağlamlıq üçün zərərli ola bilər.
Turkustan.az xəbər verir ki, “Roskachestvo”nun Qida Təhlükəsizliyi üzrə Kompetensiya Mərkəzinin direktoru Yelena Spetsenko bildirib ki, yüksək temperatur bakteriyaların çoxalması üçün ideal şərait yaradır, bu isə qidaların orqanizm üçün zərərli olmasına gətirib çıxarır.
İlk növbədə, zülal və rütubət tərkibli tez xarab olan məhsullar təhlükə yaradır. Buna görə də, xüsusən də düzgün saxlanmamış ət və quş ətini istehlak edərkən maksimum diqqətli olmaq lazımdır.
Günəş altında cəmi bir-iki saat qalan kabab salmonella və ya digər bağırsaq çöplərinin mənbəyinə çevrilə bilər. Bu, kolbasa, paştet, kotlet kimi hazır ət məhsullarına da aiddir.
Yelena Spetsenko xəbərdarlıq edib ki, isti havada süd məhsulları da təhlükəlidir. Kəsmik, xama, yoqurt və yumşaq pendirlər patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitdir. Bu məhsullar düzgün saxlanılmadıqda — hətta istifadə müddəti başa çatmasa belə — ağır həzm pozğunluqlarına səbəb ola bilər.

“Xüsusilə qaymaq əsaslı desertlər təhlükəlidir — onlar demək olar ki, hiss edilmədən xarab olur, amma istifadəsinin fəsadları çox ciddi ola bilər”, — deyə ekspert vurğulayıb.

Risk qrupuna həmçinin balıq və dəniz məhsulları daxildir. İsti havada onlar çox sürətlə xarab olur. Hətta yüngül xoşagəlməz qoxu belə çürümə prosesinin başlandığını göstərə bilər.
Bundan əlavə, yay aylarında mayonez və digər souslarla hazırlanan salatların yeyilməsi də təhlükəlidir. Rütubətli mühit və çoxsaylı inqrediyentlər bakteriyalar üçün ideal şərait yaradır. Salat təzə hazırlandıqda belə, bir saatdan sonra açıq havada mikroorqanizmlər aktiv şəkildə çoxalmağa başlayır.

Yelena Spetsenko isti havalarda məhsul seçiminə və saxlanma şəraitinə xüsusilə diqqətlə yanaşmağa çağırır. Həmçinin yay aylarında “fast food” qidalardan çəkinmək, tez xarab olan məhsulları şübhəli yerlərdən almamaq lazımdır.

Bundan əlavə, həmişə istifadə müddətinə baxmaq və hazır yeməkləri yalnız soyuducuda saxlamaq tələb olunur.
Xatırladaq ki, sağlamlıq üçün (yalnız isti havada deyil) bəzi qablaşdırmalarda olan içkilər də təhlükəli ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 İyun 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri