Icma.az
close
up
RU
Ən tez dəyər itirən maşın markaları açıqlandı

Ən tez dəyər itirən maşın markaları açıqlandı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avtomobil bazarında qiymətlərin dəyişməsi son illərdə daha çox müşahidə olunur. Bəzi modellər sürətlə dəyər itirdiyi halda, bəziləri uzun illər qiymətini qoruyur. Bu fərqin səbəbləri həm texnologiya, həm də istehsal yanaşması ilə bağlıdır.
Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, köhnə bəzi model avtomobillər 10 il bundan qabaq neçəyə idisə, indi də təxminən o qiymətədir:
"Amma dəyər itirən daha çox yeni avtomobillərdir. Son 10 ildə, xüsusən 2015-ci ildən bəri avtomobillər tez-tez yenilənir. Məsələn, iki, üç və ya dörd ildən bir yeni nəsil modellər çıxır. İstər Kia-da, istər Hyundai-da, istər Çin avtomobillərində olsun, yeni model çıxdıqca iki il əvvəl buraxılanın dəyəri aşağı düşür.
Hər hansı bir avtomobili 0 kilometr alırsan. Salondan çıxan kimi, məsələn 40 minə aldığın maşın bir gündən sonra avtomatik olaraq 5-7 min manat dəyər itirir.
Köhnə model avtomobillərə gəldikdə isə, misal üçün 1998, 1999, 2000, 2001-ci illərin “dördgöz” adlanan E-klass və C-klass Mercedes modelləri var. Bunlar 15 il əvvəl də 13-15 min manat aralığında idi, bu gün də həmin E-klass 2.2 CDI motorlu modellər təxminən eyni qiymətədir. C-klass 2.2 CDI və ya 1.8, 2.0 benzin mühərrikli modellər də o dövrdə 12 min manat idisə, indi də təxminən həmin qiymətlərdədir".
Ekspert bildirib ki, səbəb isə odur ki, köhnə modellər keyfiyyətini itirmir:
"Ona görə də dəyəri ciddi şəkildə düşmür. Yeni nəsil avtomobillərdə isə 50 min və ya 100 min kilometrdən sonra mühərrikdə səs, ötürücü qutusunda nasazlıq və ya digər texniki problemlər üzə çıxa bilir. Köhnə modellər daha dözümlü və uzunömürlü olduğu üçün qiymətləri sabit qalır.
Məsələn, 2024-cü ilin Çin avtomobili ilə 2026-cı ilin Çin avtomobili arasında funksional fərqlər olur. Telefonlarda olduğu kimi modellər yeniləndikcə yeni funksiyalar əlavə olunur və insanlar da yeni modellərə yönəlir. Qiymət fərqi az olduğuna görə çoxları köhnə versiyanı satıb yenisini alır", - deyə o qeyd edib. 
Əfsanə Kamal 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyun 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri