Icma.az
close
up
RU
Ən uğurlu investisiya bu sahədədir 200 MİN MANATLIQ GƏLİR...

Ən uğurlu investisiya bu sahədədir 200 MİN MANATLIQ GƏLİR...

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sərbəst pul vəsaiti olan şəxslər vəsaitlərinin dəyərdən düşməməsi üçün adətən onu müxtəlif sahələrə sərmayə edir.  Bəzi şəxslər vəsaitlərini banklara əmanət şəklində yerləşdirir, bəziləri qızıl-zinət əşyası alır, bir qismi isə daşınmaz əmlaka sərmayə qoymağı üstün tutur. 


Sfera.az bildirir ki, adıçəkilən sərmayə növləri arasında hansının daha əlverişli olması ilə bağlı mübahisələr daim olub.  Azərbaycanda iri vəsaiti olanlar daşınmaz əmlaka, nisbətən az vəsaiti olanlar əmanət qoyuluşuna və qızıl-zinət alışına üstünlük verir. 


Bəs, son 10 ilin qiymət dəyişiklikləri nə göstərir? Bu sərmayə növlərindən hansı daha gəlirlidir?


Banka əmanət qoyanlar sabit gəlirə üstünlük verən şəxslərdir. Hər ay sabit və daha yüksək gəlir əldə etmək istəyən şəxslər pulunu banklara əmanət edir. 
Lakin banklara istənilən məbləğdə vəsaiti əmanət etmək də əlverişli deyil. Çünki qoyulan vəsait sığortalandıqda dövlət maksimum 100 min manat kompensasiya təminatı verir. 


Hazırda Azərbaycanda 22 bank var. Onların hər biri üzrə 100 min manat kompensasiya məbləğini nəzərə alsaq belə aydın olur ki, banklara təminatlı maksimum 2 milyon 200 min manat əmanət etmək olar. Bu, bir nəfərin adına qoyula bilən vəsaitdir. Qeyd edilən məbləğ çərçivəsində banklara manatla əmanət qoyanlar hazırda illik 12 faiz, ABŞ dolları ilə əmanət qoyanlar 2,5 faiz qarantiyalı gəlir əldə edə bilir. İndi bankların əksəriyyəti manatla illik 10-12 faiz aralığında əmanət qəbul edir. 
Bu şərtlə 2 milyon manat əmanəti olan şəxs ildə 20-24 min manat, ayda 16,6-20 min manat sabit gəlir əldə etmək imkanı var. 


Əgər bir şəxs 10 il öncə banka illik 10 faizlə əmanət yerləşdirsəydi həmin şəxsin faiz gəliri ilə birgə kapitalının dəyəri 2 dəfə artmış olardı. Məsələn, 10 il öncə 100 min manatı banka əmanət edənin faiz gəliri ötən müddətdə 100 min manat təşkil edib. Əgər faizlər də təkrar banka əmanət olunubsa, o halda əmanət məbləğinin ümumi dəyəri 250 min manatı ötüb.


Daşınmaz əmlaka qoyulan sərmayələr də sabit gəlir əldə etmək istəyənlər üçün əlverişlidir. Lakin sərbəst vəsaiti olanların hamısı daşınmaz amlak, o cümlədən mənzil ala bilmir. Mənzillərin dəyərinin yüksək olması səbəbindən yalnız böyük məbləğdə vəsaiti olan şəxslər daşınmaz əmlaka sərmayə qoya bilər. 


Mənzil alanların sərmayəsinin dəyərlənməsi iki formada olur. Mənzil sahibi əmlakı kirayə verməklə aylıq gəlir əldə etməklə yanaşı, mənzilin qiymətinin artması hesabına da sərmayəsini dəyərləndirə bilir. 


Rəsmi statistikaya əsasən, son 10 ildə Azərbaycanda mənzil qiymətləri orta hesabla 38 faiz artıb. Yəni, 10 il öncə 100 min manata alınan mənzilin dəyəri hazırda orta hesabla 138 min manatdır. 


Mənzil bahalaşmaqla yanaşı sahibinə aylıq kirayədən də gəlir gətirib. Yüz min dəyəri olan bir mənzil kirayədən ildə orta hesabla 4 min manat, on ildə 40 min manat gəlir verib. Aylıq kirayə gəlirlərinin təkrar sərmayəyə yönəldilməsi (əmanət qoyuluşu və s.) imkanlarını da nəzərə alsaq, kirayədən qazanc imkanı daha 10 min manat arta bilər. Deməli, 10 il öncə mənzil alan şəxsin kirayə və bahalaşma hesabına əldə etdiyi ümumi gəlir 190 min manat təşkil edib. 


Sərbəst vəsaitinin daha dəyərli etmək üçün digər sərmayə növü qızıl almaqdır. Son illərdə qızılın dəyərinin xeyli artması bu qiymətli metala sərmayə qoyanları xeyli zənginləşdirib.

2014-cü ildən bəri xalis qızılın dəyəri 77 faiz artıb. On il əvvəl bir qram xalis qızılın dəyəri 50 dollar olduğu halda, hazırda 88 dollardır. 
Məsələn, vaxtilə 100 min dollara alınan qızılın indiki qiyməti 176 min dollardır. 


Qızıla sərmayə qoyuluşunun digər üstün tərəfi onun qiymətinin məzənnə dəyişikliyindən təsirlənməməsidir. Manatla qoyulan əmanət və mənzillərdən fərqli olaraq qızılın dəyəri beynəlxalq birjalarda formalaşır. Buna görə də manat ucuzlaşdıqda qızılın manatla dəyəri ucuzlaşmır, əksinə bahalaşır. Bu əlaqəni də nəzərə alsaq, on il öncə 100 min dollara, yəni həmin dövrdəki məzənnə ilə 78 min manata alınan qızılın hazırkı dəyəri 176 min dollar, yaxud 300 min manatdır. Deməli, 10 il əvvəl manatla vəsaitini qızıla çevirənlərin sərmayəsinin dəyəri 3,84 dəfə artıb.   


Lakin qızıla sərmayə qoymaq istəyənlər bir incə məqamı da nəzərə almalıdır. Qızıl alan zaman zinət əşyası yox, işlənməmiş (“lom”) qızıl almaq daha doğrudur. Adətən qızıldan hazırlanan zinət əşyası satıldıqda alıcılar məmulatın formasına, dizaynına görə yox, metalın çəkisinə görə qiymət müəyyənləşdirirlər. Buna görə də qızıla sərmayə edənlər onu külçə formasını, yaxud sadə zinət əşyası (qolbaq, sikkə və s.) alması daha məqsədəuyğundur. 

Beləliklə, müqayisələr göstərir ki, uzunmüddətli dövrdə sərmayə qoymaq istəyən şəxslər vəsaitini qızıla qoymaqla daha çox zənginləşmiş olurlar. Bu baxımdan ikinci sırada əmanət qoyuluşu, üçüncü sırada isə mənzil alışı dayanır. 

Vasif
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Yanvar 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri