Icma.az
close
up
RU
KÖHNƏ 100 MANATLIQ ƏSGİNASLAR DƏYƏRİNİ İTİRƏCƏK? Ekspertdən AÇIQLAMA

KÖHNƏ 100 MANATLIQ ƏSGİNASLAR DƏYƏRİNİ İTİRƏCƏK? Ekspertdən AÇIQLAMA

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycanda yeni dizaynlı pul nişanlarının dövriyyəyə buraxılması ilə bağlı müzakirələr son vaxtlar daha da intensivləşib. Bu addım, əsasən, pulun daha müasir, qorunan və saxtalaşdırılması çətin olan formaya keçirilməsini hədəfləyir. Bəs köhnə 100 manatlıq əsginasların taleyi necə olacaq? Bu dəyişiklik nağd pul dövriyyəsinə və ümumilikdə ölkənin iqtisadi vəziyyətinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki,hər hansı panika və ya təşvişə ehtiyac yoxdur. Vətəndaşlar düşünməməlidir ki, əllərində olan əvvəlki 100 manatlıq əskinası tələsik xərcləməlidirlər.

Onun sözlərinə görə, hazırda bununla bağlı heç bir qadağa və ya məhdudiyyət yoxdur, hər iki əskinas paralel şəkildə dövriyyədə istifadə oluna bilər: “İkinci məsələ kimi qeyd etmək lazımdır ki, hər hansı denominasiyadan söhbət getmir. Sosial şəbəkələrdə və bəzi qruplar arasında yayılan əsassız iddialara inanmağa əsas yoxdur. Əvvəlki 100 manatlıq əskinasın dəyəri ilə yenisi tam eynidir. Sadəcə, zaman keçdikcə köhnə əskinaslar tədricən dövriyyədən yığışdırılacaq”.

Ekspert qeyd edib ki, dəyişikliyin nağd pul dövriyyəsinə və ölkənin ümumi iqtisadi vəziyyətinə hər hansı təsiri yoxdur: “Təbii ki, yeni əskinasların hazırlanması müəyyən xərclər tələb edir, lakin bu, Mərkəzi Bankın daxili qərarıdır və vətəndaşlar üçün əlavə dəyişiklik yaratmır. Pul nişanlarının dizaynının dəyişdirilməsində əsas məqsəd onların daha müasir qoruma elementləri ilə təmin olunması və saxtalaşdırma hallarının qarşısının alınmasıdır.

Qeyd edim ki, bir çox ölkələrdə mərkəzi banklar müəyyən dövrlərdə pul nişanlarının dizaynını və görünüşünü yeniləyirlər. Bu, həm təhlükəsizlik tədbirləri, həm də əskinasların zamanla köhnəlməsi ilə bağlı həyata keçirilən adi bir prosesdir”.

Oğuz Ayvaz 

“AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Aprel 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri