Icma.az
close
up
RU
Ən uyğun variant şifahi imtahandır AÇIQLAMA

Ən uyğun variant şifahi imtahandır AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Universitetlərdə semestr imtahanlarının keçirilmə formaları ilə bağlı müzakirələr davam edir. Bəzi ali təhsil müəssisələrində imtahanlar yazılı və ya test üsulu ilə təşkil olunduğu halda, bəzi fənlər üzrə şifahi imtahanlara da üstünlük verilir. Təhsil ictimaiyyətində isə test imtahanlarından imtina olunmasının məqsədəuyğunluğu ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Bəs hansı variant daha uyğun hesab edilir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd etdi ki, imtahan forması müəyyən edilərkən bir neçə mühüm amil nəzərə alınmalıdır.

Onun sözlərinə görə, cəmiyyətdə bəzən prosesləri asanlaşdırmağa həddindən artıq meyl müşahidə olunur və bu, düzgün yanaşma deyil.

Ceyhun Məmmədov test imtahanlarının ləğvinin tərəfdarı olmadığını deyərək qeyd etdi ki, bu məsələ universitetdən universitetə dəyişə bilər.

Onun fikrincə, obyektivlik tam təmin olunduğu halda ən uyğun variant şifahi imtahandır, çünki üzbəüz sual-cavab tələbənin bilik və potensialını daha dolğun şəkildə üzə çıxarmağa imkan verir.

"Hazırda neqativ halların qarşısını almaq məqsədilə test sistemi tətbiq olunur və bu, mövcud şəraitdə daha məqsədəuyğundur. O bildirib ki, məsuliyyət hissi gücləndikdən, imtahan prosesləri daha şəffaf və düzgün təşkil olunduqdan sonra bu məsələyə fərqli yanaşmaq mümkün ola bilər. İndiki mərhələdə test imtahanlarının ləğvi sağlam və doğru addım hesab edilmir və ənənəvi sistem hələlik qorunub saxlanmalıdır. Gələcəkdə isə bu sahədə dəyişikliklərə yenidən baxıla bilər".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see264

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see251

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see248

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see247

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see246

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see245

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see243

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see242

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see229

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see221

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see221

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see219

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see219

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see216

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see214

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see210

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see203

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see203

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see197

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri