“Ən yaxşı təqdimat : Qaliblər məlum oldu
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə təşkil edilən “Ən yaxşı təqdimat” müsabiqəsi uğurla başa çatdı.
“Cebheinfo.az” xəbər verir ki, builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib. Müsabiqədə iştirak edən şagirdlərin çıxışları müsabiqə komissiyası tərəfindən baxılaraq qiymətləndirilib, hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 87 şagird müsabiqənin yekun - ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.
Ölkə mərhələsində şagirdlər verilmiş 5 mövzudan 1-i üzrə təqdimat etmiş, onların çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilmiş, 33 nəfər müsabiqənin qalibi olub.
Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb. Təhlillər onu göstərir ki, şagirdlər yüksək bilik, əhatəli məlumata malik olduqlarını, Heydər Əliyev irsini, eləcə də müasir Azərbaycan tarixini, dövrümüzün siyasi, iqtisadi və mədəni reallıqlarını dərindən öyrəndiklərini nümayiş etdiriblər.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 May 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















