Icma.az
close
up
RU
Qaliblər bəlli oldu

Qaliblər bəlli oldu

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

CASCFEN-in “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihəsi çərçivəsində yazı müsabiqəsində 6 tələbə fərqləndi

Məlum olduğu kimi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihəni həyata keçirib. Sentyabrın 17-də Bakıda, Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunun iclas zalında layihə üzrə yekun tədbir keçirilib.

CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə tədbirin yekununda mükafatlandırma mərasimi olub.

Belə ki, CASCFEN-in layihə çərçivəsində Türkiyə universitetlərində təhsil alan türk dünyası tələbələri arasında keçirdiyi “Bizim ailəmiz türk dünyasıdır” adlı yazı müsabiqəsin (məqalə yarışması) qalibləri elan olunub. Layihə rəhbəri və CASCFEN-in sədri bildirib ki, müsabiqəyə ümumilikdə 20-yə yaxın yazı təqdim olunmuşdu. Lakin bu yazıların bir qismi müsabiqə qaydalarına uyğun olmadığı üçün qiymətləndirməyə buraxılmayıb. Qalan yazılar arasında işçi qrup tərəfindən seçim aparılıb. Yekunda belə bir qərar qəbul edilib ki, müsabiqənin ümumi qalibləri kimi üç nəfər seçilsin, həmçinin yazıları xüsusilə ilə fərqlənən əlavə 3 iştirakçı isə xüsusi diplomla təltif olunsun.

Beləliklə, Şeyma Bilgi (Anadolu Universiteti Açıköğretim Fakultəsinin II kurs tələbəsi), Yusuf Çağlar Demirağ (Parisdə yaşayır və müsabiqə müddətində Erasmus proqramı ilə Anadolu Universitetində təhsil alıb), Sübhan Xıdırzadə (İzmir, Dokuz Eylül Universitetinin magistr tələbəsi) qalib kimi plaketlə təltif ediliblər.

Həmçinin, yazıları xüsusilə fərqlənən Nərgiz Məmmədli (Süleyman Dəmirəl Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi), Umut Meriç Berberoğlu (Ege Universiteti Türk Dünyası Araştırmaları İnstitututunun magistr tələbəsi) və Rafael Badırxanov (Manisa Celal Bayar Universiteti Sosiologiya fakültəsinin IV kurs tələbəsi) xüsusi diplomla təltif olunublar. Müsabiqənin şərtlərinə uyğun olaraq bu 6 tələbənin yazıları Azərbaycanın nüfuzlu internet media orqanlarında dərc edilib.

Qeyd edək ki, Nərgiz Məmmədli təltif günü Bakıda olduğu üçün tədbirdə xüsusi diplom ona şəxsən təqdim edilib. İzmir, Eskişehir və Manisadan olan tələbələrin plaket və diplomları isə tədbir zamanı müvafiq olaraq İzmir Azərbaycan Dərnəyinin rəhbəri Pərviz Altaya və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgülə təqdim edilib. Həmin şəxslər Türkiyəyə dönəndən sonra həmin qaliblərlə görüşüb, CASCFEN adından mükafatları təqdim edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Sentyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1181

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see427

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see353

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see352

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see351

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see343

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see305

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see281

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see251

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see224

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see199

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see197

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see192

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see187

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see177

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri