Icma.az
close
up
RU
Ən zəngin 4 azərbaycanlı

Ən zəngin 4 azərbaycanlı

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən zəngin iş adamlarının siyahısı açıqlanıb. Belə ki, siyahıda azərbaycanəsilli milyarderlər də yer alır.

Bakıvaxtı.az-ın məlumatına görə, reytinqə əsasən, dünyanın ən varlı iş adamları sırasında Vahid Ələkbərov 81-ci pillədə qərarlaşıb və onun sərvəti 29,5 milyard dollardır. Vahid Ələkbərovun uğur yolu sadə işçi kimi başlayıb. O, əvvəlcə Xəzər dənizində neft platformasında işləyib, daha sonra Sovet dövründə neft sənayesinə rəhbərlik edən qurumda nazir müavini vəzifəsinə qədər yüksəlib. 1991-ci ildə o, üç böyük neft yatağını birləşdirərək Lukoil şirkətini yaradıb. Bu gün şirkət Rusiyanın ən iri müstəqil neft istehsalçılarından biridir. Ələkbərov uzun illər bu şirkətə rəhbərlik edib və onun təxminən 30 faizinə sahib olub. 2014-cü ildə Lukoil ABŞ sanksiyalarına məruz qalıb. 2022-ci ildə isə Böyük Britaniya tərəfindən sanksiya tətbiq olunduqdan sonra Ələkbərov şirkət prezidenti vəzifəsindən ayrılıb. Həmin il o, Niderlanddakı Heesen Yachts zavodundakı payını da fonda ötürüb.

837 və 838-ci yerlərdə isə Qod Nisanov və Zarah İliyev yer alır. Onların hər birinin sərvəti 5,1 milyard dollardır.

Qod Nisanov və Zarah İliyev Rusiyanın paytaxtı Moskvada ən böyük daşınmaz əmlak sahiblərindən hesab olunurlar. Azərbaycandan köçən tərəfdaşlar burada iri ticarət mərkəzləri, hotellər və yaşayış kompleksləri tikiblər. Onların ümumi daşınmaz əmlak portfeli təxminən 14 milyon kvadrat metr təşkil edir. Sahibkarlar Moskvada böyük topdansatış mərkəzi - “Food City”ni yaradıblar və şəhər ətrafında bir sıra iri ticarət obyektlərinə sahibdirlər. Zarah İliyev həmçinin məşhur “Radisson Royal Moscow” otelinin ortaq sahibidir. Bu hotel 2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatı zamanı FIFA-nın əsas qərargahlarından biri kimi istifadə olunub. 

Siyahının 2386-cı pilləsində isə Fərhad Əhmədov qərarlaşıb və onun sərvəti 1,7 milyard dollar təşkil edir. Fərhad Əhmədov biznes fəaliyyətinə Londonda xəz satışı ilə başlayıb. 1987-ci ildə o, qaz sənayesi üçün avadanlıq təmin edən şirkət yaradıb. Daha sonra Sibirdə fəaliyyət göstərən “Nortgas” şirkətində pay alaraq enerji sektorunda mövqeyini gücləndirib. 1998-ci ildə şirkətdə əsas pay sahiblərindən birinə çevrilən F.Əhmədov 2012-ci ildə bu payını 1,4 milyard dollara satıb. Onun adı daha çox Böyük Britaniyada keçmiş həyat yoldaşı ilə bağlı uzunmüddətli məhkəmə çəkişməsi ilə gündəmə gəlib. Məhkəmə ona 454 milyon funt sterlinq ödəmək qərarı çıxarsa da, bu mübahisə yalnız 2021-ci ildə razılaşma ilə başa çatıb. 2022-ci ildə o da Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. Həmin ilin yayında onun “Luna” adlı lüks yaxtası Almaniyada dondurulub. Lakin 2023-cü ilin sentyabrında Avropa İttifaqı Əhmədova qarşı sanksiyaları ləğv edib./Modern.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Aprel 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri