Endokrinoloq: Çay xərçəngə səbəb ola bilər
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tanınmış rusiyalı həkim-endokrinoloq Zuhra Pavlova bildirib ki, çay insan sağlamlığı üçün təhlükə yarada və hətta onkoloji xəstəliklərə səbəb ola bilər.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, çayın növü deyil, onun temperaturu təhlükəlidir. Qaynar çay qida borusunu zədələyir və bu da qida borusu xərçəngininin inkişafına səbəb ola bilər.
Həkim Qazaxıstanı misal çəkib. Qazaxıstanda bu xəstəlik çox yayılıb və bunun əsas səbəbi kimi məhz qaynar çayın müntəzəm istehlakı göstərilir.
“Qazaxlar ümumiyyətlə düzgün qidalanırlar. Onlar yaxşı zülalı qidaları qəbul edirlər. Əti suda bişirirlər və bu da əti bişirmək üçün ən düzgün üsuldur. Əgər qazaxlar yeməkdən sonra qaynar çay içməsəydilər, onlar yəqin ən sağlam millət olardı” – Pavlova bildirib.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 16 Noyabr 2024 02:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















