Icma.az
close
up
RU
Endokrinoloq: Sovet dövründə necə qidalanırdıqsa, indi də o cür qidalanmaq lazımdır

Endokrinoloq: Sovet dövründə necə qidalanırdıqsa, indi də o cür qidalanmaq lazımdır

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bir çox ölkələrdə kimi şəkərli diabet xəstələrinin statistikasında rəqəmlər getdikcə artır və vəziyyət ürəkaçan deyil.

Əgər bu gün ölkədə 250.000 dən çox insan artıq şəkər olduğunu bilirsə, bir o qədər də insan preddiabet mərhələsindədir və bundan xəbərsizdir.

Milli.Az bildirir ki, endokrinoloq, Avropa və Amerika endokrinologiya cəmiyyətinin üzvü Hidayət Məmmədzadə medicina.az-a şəkərli diabetin yaranmasında qidalanmağımızın rolu barədə maraqlı açıqlama verib. Həkim diabetdən qorxan insanlara qorunma yollarını göstərib.

"Diabet xəstəliyi bir günün içərisində meydana çıxmır. Əgər bir insan bu gün şəkər xəstəsidirsə deməli onun xəstəliyinin əsası 10 il əvvəl qoyulub. Çünki insulin dirənci adlandırılan hal 10 il əvvəldən başlayır,  daha sonra inkişaf edərək klinik diabetə çevrilir.

Diabetə təkan verəm amillərdən biri də qidalanma, şəkər qəbulu, piylənmədir.

Bu gün insanlar demək olar ki, səhər yuxudan oyanandan yatana kimi qidalanırlar. Buna görə də davamlı olaraq toxuq.

Marketlər biznes maraqlarına xidmət edən paketlənmiş qidalarla doludur.  Əvvəlki  çörəklər, toyuqlar, quzu əti, hətta mal əti indi yoxdur. Onların yerini dərmanlarla böyüdülmüş balıqlar, toyuqlar tutmaqdadır. Süd qutusunun üzərində 1 il saxlanma müddəti qeyd edilir. Bu məhsulun tərkibi təbii ki, süd deyil, müxtəlif kimyəvi maddələrdən, ağardıcılardan, konservantdan ibarətdir".

Həkim gündəlik qəbul olunan maye azlığının, insanların təmiz su içməməsinin də diabetə səbəb olduğunu bildirdi:

"Mən hər zaman xəstələrimə bildirirəm ki, insan orqanziminin hər kilosu 30 ml suya ehtiyac duyur. Yəni 100 kq çəkisi olan insan gündə 3 l su içməlidir. Bu böyrəklərin təmizlənməsi, gözün beyinin yaxşı çaıışması üçün, qanın təmizlənməsi üçün ən vacib olan şərtlərdən biridir. Bizim insanlar az su qəbul edir.

Diabet xəstəliynin yaranma səbəblərindən biri də budur. Duzlu fast food qidalar əsrimizin bəlasıdır. Hər bir fast food qida orqanizm üçün toksikidir.

70-80-ci illərə qədər Sovet dövründə, ondan əvvəlki dövrlərdə insanlar necə qidalanırdılarsa indi də o cür qidalanmaq lazımdır. Çünki sağlamlıq onda idi.

Soruşun ana-atalarınızdan, nənə-babanızdan nə yeyirdilər, yeməkləri necə bişirirdilər, hansı qidaları nə vaxt yeyirdilər. Mağazadan indiki qədər şirniyyat alırdılarmı? Konfet, şokolad yeyirdilərmi, qazlı su içirdilərmi? Təbii ki, yox.

Qidalanmanı düzgün və balanslaşdırılmış şəkildə qurmaq, hərəkətliliyi artırmaqla şəkərli diabetin qarşısını almaq mümkündür. Prediabetli xəstələrdə qan şəkərini normaya salmaq və gələcəkdə diabetdən qurtulmaq mümkündür. Bunun üçün qida rasionuna ciddi şəkildə nəzarət etmək lazımdır.

Rasiondan qan şəkərini artıran düyü,  makaron, çörək, şirniyyat, meyvə suları, energetik içkilər kimi qidaları kənarlaşdırmaq lazımdır. İnsan hər dəfə şirin qida qəbul etdikdə həmin dəqiqə qan şəkəri yüksəlir. Şəkər toksiki bir maddədir. Və orqanizm bu zəhərli maddəni neytrallaşdırmaq üçün insulin hormonunu dövriyyəyə qoşur. Artmış insulin hormonun insanın insulin müqavimətinin və piylənmənin səbəbibidir".

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri