“Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” layihəsinə start verildi
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihənin icrasına başlayıb.
Globalinfo.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan dövlətçiliyinə, milli maraqlara və ictimai sabitliyə qarşı yönəlmiş informasiya təxribatlarına qarşı elmi-analitik yanaşmalar formalaşdırmaq, həm ənənəvi, həm də rəqəmsal mediada yayılan ideoloji təsirlərin tənqidi təhlilini aparmaqdır.
Bu təşəbbüs ictimaiyyətin maarifləndirilməsinə və informasiya təhlükəsizliyi sahəsində biliklərin artırılmasına yönəlib.
Layihə, xüsusilə gənclərin və media istifadəçilərinin informasiya savadlılığını artırmağı, onları dezinformasiyaya qarşı daha hazırlıqlı və ayıq düşüncəli olmağa təşviq etməyi hədəfləyir.
Bu təşəbbüs Azərbaycan cəmiyyətinin mənəvi və siyasi dayanıqlığının gücləndirilməsi, milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan informasiya mühitinin sağlamlaşdırılmasına dəstək məqsədi daşıyır.
Baxış sayı:52
Bu xəbər 17 İyun 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















