Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Rəqəmsal dərsliklər və ənənəvi təlimin tələbləri

Rəqəmsal dərsliklər və ənənəvi təlimin tələbləri

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dərsliklərin hər cümləsi şagirdin dünyagörüşünün formalaşmasında xüsusi əhəmiyyət kəsb edir, gələcəyə addımladığı yolda bələdçi rolunu oynayır. Elə bu səbəbdən də həmin “yol xəritəsindəki” ən kiçik uyğunsuzluq belə minlərlə şagirdin baxış bucağına təsirsiz ötüşmür.

Dərsliklərlə bağlı illərdir səslənən narazılıqlar göstərir ki, bu sahədə müəyyən boşluqlar var. Məzmun xətaları, qeyri-dəqiq məlumatlar və dil qüsurları zamanla yığılan problemlərin nəticəsidir. Bir dərslikdə olan yanlışın düzəldilməsi üçün növbəti ili gözləmək məcburiyyəti isə prosesi xeyli ləngidir. Bu müddət ərzində minlərlə şagirdin həmin məlumatı doğru qəbul etməsi qaçılmaz olur. Məhz bu məqam dərsliklərin hazırlanması və yenilənməsi mexanizmlərinə yenidən baxılmasının vacibliyini ortaya qoyur.

Bu günlərdə Milli Məclisdə dərsliklərin rəqəmsallaşdırılması məsələsinin müzakirəyə çıxarılması da elə bu səbəbdəndir. Əsas məqsəd təhsilin məzmununu daha aydın, dəqiq və zamanın tələblərinə uyğunlaşdırmaqdır. Çünki bilik nə qədər doğru mənbədən alınsa, gələcək də bir o qədər möhkəm təməl üzərində qurular.

Bəs dərslikləri daha dəqiq və müasir şəkildə yenidən tərtib etməyə hazırıqmı?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, dərsliklərin hazırlanması və çapı üçün hər il dövlət büdcəsindən kifayət qədər böyük maliyyə vəsaiti ayrılır:

– Bu vəsait təkcə kitabların çapı ilə məhdudlaşmır, bölgələrə çatdırılması, logistika və paylanma proseslərini də əhatə edir. Nəticə etibarilə, dərsliklərin kağız daşıyıcı üzərində hazırlanması həm maliyyə, həm də vaxt baxımından ciddi resurs tələb edən bir mexanizmə çevrilir.

Mühüm məqamlardan biri isə odur ki, çap olunmuş dərsliklərdə hər hansı məzmun xətası və ya elmi qeyri-dəqiqlik aşkar edildikdə, bu səhvin operativ şəkildə aradan qaldırılması mümkün olmur. Növbəti çap ilini gözləmək, ya da əlavə maliyyə hesabına yenidən çap ehtiyacı yaranır. Hər iki halda zaman itkisi yaranır və minlərlə şagirdə həmin yanlış məlumat verilir.

Zamanla elektron dərslik modelinə keçid bu baxımdan daha əlverişli üstünlüklərə malik yanaşma kimi dəyərləndirilə bilər. Rəqəmsal format səhvlərin qısa müddətdə düzəldilməsinə, məzmunun müasir elmi yanaşmalar əsasında daim yenilənməsinə imkan yaradır.

Digər tərəfdən, kağız dərsliklərin hər il yüz minlərlə tirajla çap olunması həm ekoloji, həm də iqtisadi baxımdan suallar doğurur. Elektron dərsliklərə keçid uzunmüddətli perspektivdə dövlət büdcəsinə əhəmiyyətli qənaət etməyə imkan verər. İlkin mərhələdə bu proses müəyyən maliyyə vəsaiti tələb etsə də, orta və uzun müddətdə çap, logistika və yenidən nəşr xərclərinin azalması ehtimalı kifayət qədər yüksəkdir.

Artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində elektron dərsliklər geniş tətbiq olunur və bu təcrübə göstərir ki, rəqəmsal təhsil resursları təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər. Azərbaycan təhsil sisteminin də bu qlobal tendensiyadan kənarda qalması məqsədəuyğun deyil. Əksinə, bu istiqamətdə atılacaq addımlar təhsil sisteminin müasirləşməsinə və rəqabət qabiliyyətinin artırılmasına səbəb olar.

Məsələni yalnız texniki yenilik kimi deyil, təhsilin məzmununun və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi baxımından qiymətləndirmək lazımdır. Yəqin ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir. Bu da öz növbəsində, ölkəmizin təhsil sisteminin yeni mərhələyə daxil olması üçün real imkan yaradır.

Təhsil məsələləri üzrə ekspert Elmin Nuri isə qeyd etdi ki, dünyanın aparıcı təhsil sistemlərinə nəzər saldıqda aydın görünür ki, rəqəmsal texnologiyaların sürətlə tədris prosesinə daxil olmasına baxmayaraq, heç bir ölkədə ənənəvi təhsil modellərindən tam və birdəfəlik imtina olunmayıb:

– Açıq demək lazımdır ki, yeni modelə sürətli keçid pedaqoji baxımdan mümkün görünmür. İstər təhsil səviyyəsinə görə ən inkişaf etmiş ölkələr, istərsə də informasiya texnologiyaları baxımından yüksək imkanlara malik dövlətlərin heç biri təhsildə müəyyən ənənəvi meyarlardan və prinsiplərdən imtina etmir. Əksinə, bu ölkələr texnologiyanı təhsilin alternativi kimi deyil, onun tamamlayıcı elementi kimi qəbul edirlər.

Zaman-zaman belə fikirlər səslənir ki, gələcəkdə məktəb anlayışı aradan qalxacaq, bütün tədris prosesi süni intellekt, ağıllı cihazlar və rəqəmsal platformalar üzərindən həyata keçiriləcək. Amma bu yanaşmanı tam real dəyərləndirmək olmaz. Bu gün artıq onlayn akademiyalar, distant təhsil proqramları, virtual universitetlər və rəqəmsal tədris mühitləri mövcuddur və geniş istifadə olunur. Lakin əsas məsələ tədrisin fəlsəfəsindədir. Təhsil yalnız informasiya ötürülməsi prosesi deyil, həm də düşüncənin formalaşdırılması, dəyərlərin aşılanması və sosial bacarıqların inkişaf etdirilməsi mexanizmidir. Bu proses isə interaktivliklə yanaşı, əyaniliyi, canlı ünsiyyəti və birbaşa pedaqoji təsiri də tələb edir. Məhz bu səbəbdən gələcəyin təhsil modeli nə tam rəqəmsal, nə də sırf ənənəvi olacaq – o, hibrid xarakter daşıyacaq.

Hibrid təhsil modeli həm zamanın və texnoloji inkişafın diktə etdiyi rəqəmsal imkanları özündə ehtiva edir, həm də klassik təhsilin sınaqdan çıxmış metod və prinsiplərini qoruyub saxlayır. Bu yanaşma artıq bir çox ölkələrdə tətbiq olunur və öz effektivliyini göstərməkdədir. Eyni prinsip dərsliklər məsələsinə də şamil edilə bilər. Gələcəyin dərsliklərini yalnız kağız formatında və ya yalnız rəqəmsal müstəvidə təsəvvür etmək doğru olmaz. Daha optimal yanaşma dərsliklərin hibrid formatda hazırlanmasıdır. Məsələn, fizika və ya kimya fənni üzrə rəqəmsal dərsliklər şagirdlərə əlavə və köməkçi vəsait kimi təqdim oluna bilər — interaktiv tapşırıqlar, animasiyalar və simulyasiyalar vasitəsilə mövzunun daha dərindən mənimsənilməsinə xidmət edər.

Digər tərəfdən, rəqəmsal dərslik kitabın tam alternativi kimi də qəbul oluna bilər. Lakin bu keçid mərhələli və ölçülüb-biçilmiş şəkildə aparılmalıdır. Bütün klassik dərsliklərdən birdəfəlik imtina edib tədrisi yalnız rəqəmsal müstəviyə daşımaq pedaqoji baxımdan təhlükəlidir. Çünki şagird psixologiyası, tədris prosesinin təşkili və təhsilin mahiyyəti hələ də kağızla, yazılı mətnlə və fiziki təmasla sıx bağlıdır. Burada mühüm bir fərqi də qeyd etmək lazımdır.

Dərslik sənəd deyil. Sənədlərin elektron formaya keçirilməsi mümkündür və artıq bu proses bir çox sahələrdə uğurla həyata keçirilir. Çünki sənəd insan şüurunu formalaşdırmır, onun üzərinə tərbiyəvi məsuliyyət düşmür. Dərsliyin funksiyası isə tamamilə fərqlidir. Dərslik birbaşa şagirdin zehni ilə işləyən əsas vasitədir. O, dünyagörüşünün formalaşmasında, analitik düşüncənin inkişafında və biliklərin sistemləşdirilməsində həlledici rol oynayır. Məhz bu səbəbdən dərslik və tədris vəsaitlərinin tam şəkildə və qeyd-şərtsiz rəqəmsallaşdırılması nə bu gün, nə də yaxın gələcəkdə mümkün görünür. Bu səbəbdən optimal yol ənənəvi təhsilin möhkəm təməlləri üzərində qurulmuş, lakin rəqəmsal imkanlarla zənginləşdirilmiş hibrid model yaratmaqdır. Bu model həm şagirdin intellektual inkişafına, həm də təhsil sisteminin müasir çağırışlara uyğunlaşmasına xidmət edə bilər.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə də müraciət etdik. Qurumdan bildirildi ki, ümumi təhsil pilləsi üzrə hazırlanan dərsliklərin rəqəmsallaşdırılması təşəbbüsünə 2014-cü ildən mərhələli şəkildə başlanılıb. Hazırda ümumi təhsilin bütün səviyyələri üzrə dərsliklərin rəqəmsal nüsxələri mövcuddur. Həmin dərsliklərə istənilən vaxt onlayn baxmaq, eləcə də onları elektron cihazlara yükləyərək oflayn rejimdə istifadə etmək mümkündür.

Bununla yanaşı, müvafiq fənlər üzrə dərsliklər multimedia elementləri (audio fayllar, videomateriallar və s.) ilə də zənginləşdirilib və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.

Hazırda portalda 800-dən çox dərslik və metodik vəsait var.

Təhsil sürətlə dəyişən dünyanın çağırışlarına cavab verməli, lakin eyni zamanda, düşüncə formalaşdıran ənənəvi dayaqlarını da qorumalıdır. Keçmişin hikmət xəzinəsindən bəhrələnməyən gələcək uğurlardan da məhrum qalar.

Fidan ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri