Icma.az
close
up
RU
Energetika naziri Romada nüvə enerjisi ilə bağlı planlardan danışıb

Energetika naziri Romada nüvə enerjisi ilə bağlı planlardan danışıb

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Energetika naziri Pərviz Şahbazov İtaliyanın Roma şəhərində keçirilən Dünya Termo Nüvə Enerjisi Qrupunun ilk Nazirlər İclasında çıxış edib.
Newscenter.az xəbər verir ki, çıxışda nüvə enerjisinin yüksək səmərəliliyi, minimal resursla böyük miqdarda elektrik enerjisi istehsal etməsi və aşağı karbon emissiyası ilə təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimi qlobal enerji keçidində mühüm rol oynadığı qeyd edilib. Hazırda təhlükəsizlik standartlarının gücləndirilməsi, radioaktiv tullantıların düzgün idarə edilməsi, maliyyə dəstəyi və insanların bu enerji növünə olan etibarının artırılması nüvə enerjisinin inkişafı üçün zəruri çağırışlar kimi vurğulanıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə enerjsinin təhlükəsiz, sülhməramlı və davamlı istifadəsi üzrə qlobal səylərinin, həmçinin bu enerji növünün bərpa olunan enerji mənbələri ilə birlikdə qlobal enerji keçidində rolunu artırmağa yönəlmiş “Atoms4NetZero” təşəbbüsünün əhəmiyyətdən bəhs edilib.
Enerji təchizatının təhlükəsizliyində etibarlı tərəfdaş olan Azərbaycanın hazırda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının 35,5 faizə çatmasını və istixana qazı emissiyalarının 2,8 milyon ton azalmasını təmin edəcək meqa layihələr həyata keçirdiyi bildirilib. Bununla yanaşı, ölkəmizin Xəzər və Mərkəzi Asiyadan Avropaya uzanan “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə geniş miqyasda “yaşıl enerji keçidi”nə töhfələri diqqətə çatdırılıb. Nazir deyib ki, Azərbaycanın “yaşıl artım ölkəsi” məqsədinə sadiqliyinin təsdiqi olan COP29 Sədrliyinin prioritetləri, “yaşıl enerji” təşəbbüsləri və “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) çərçivəsində milli hədəfləri yeniləmə öhdəliyi, bütün “təmiz enerji” mənbələrindən istifadənin vacibliyini ön plana çıxarır: “Bu baxımdan hesab edirik ki, kiçik modul reaktorlar da daxil olmaqla nüvə enerjisi uzunmüddətli enerji strategiyamızda enerji keçidini dəstəkləyən elementlərdən birinə çevrilə bilər. Azərbaycan bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalaraq və qabaqcıl təcrübələri mənimsəyərək, enerji sektorunda yeni texnologiyaların tətbiqi üçün AEBA ilə əməkdaşlığa hazırdır”.
Azərbaycan üçün 2024-2029-cu illəri əhatə edən “Ölkə üzrə Çərçivə Proqramı”nın nüvə texnologiyaları sahəsində Agentlik ilə əməkdaşlığımızın inkişafına və enerji sektoruna mühüm töhfə verəcəyi də bildirilib. O da qeyd edilib ki, Azərbaycan nüvədən dinc məqsədlərlə istifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindən sonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin əhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasına xüsusi diqqət yetirəcəkdir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri