Energetika Nazirliyi və tabeli qurumlarına ötən il 9 mindən çox müraciət daxil olub
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2024-cü ildə Energetika Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 9 128 vətəndaş müraciəti daxil olub.
“Report” nazirliyə istinadən xəbər verir ki, müraciətlərin 7 670-i müvafiq qaydada icra edilib, 1 229-u məlumat xarakterli, 229 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, sayğacların quraşdırılması, icazələr və digər mövzularla bağlı olub.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 379 vətəndaş qəbul olunub və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Yanvar 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















