Energetika Nazirliyi və tabeli qurumlara 9 ayda 12 606 müraciət daxil olub
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2026-cı ilin 9 ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 12 606 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 1913-ü məlumat, 10693-ü isə icra xarakterli olub. Bunlardan 10213-u müvafiq qaydada icra edilib, 480 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonası, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq və digər mövzuları əhatə edib.
Hesabat dövründə daxil olan müraciətlərin 8632-si Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə qəbul edilib. Müraciətlərin 6990-nı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 900-ü təşəkkür xarakterli, 742-si isə digər məsələlərlə bağlı olub.
2026-cı ilin 9 ayı ərzində Nazirliyin Aparatı və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 276 vətəndaş qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 21 Oktyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















