Enerji auditinin həyata keçirilməsi üzrə ilk ixtisas attestatı təqdim edilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 21 noyabr, AZƏRTAC
Energetika Nazirliyində Azərbaycanda ilk enerji auditoru ixtisası attestatının təqdim edilməsi məqsədilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iştirak edən energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanda ilk dəfə enerji auditoru ixtisası üzrə attestat əldə etmiş “DH Energy Audit And Consulting” MMC-nin nümayəndəsi Daşqın Həsənliyə müvafiq ixtisas attestatlarını təqdim edib.
İştirakçılar enerji auditi sahəsində qanunvericiliyin tələbləri, attestasiyadan keçmiş auditorların bu tələblərin icrasında oynadığı rol, məcburi enerji auditi subyektləri üzrə proseslər və qarşıda duran vəzifələr, enerji səmərəliliyinə nail olmaq istiqamətində auditin əhəmiyyəti və bu sahədə yeni mərhələnin başlanması barədə fikir mübadiləsi aparıblar.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanundan irəli gələn tələblərə uyğun olaraq təsərrüfat subyektlərində və binalarda enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə ilk attestasiyalar noyabrın 13-14-də keçirilib. Hər iki kateqoriya üzrə ilk dəfə olaraq 1 nəfər uğur qazanaraq enerji auditoru ixtisas attestatı almaq hüququ əldə edib.
Baxış sayı:70
Bu xəbər 21 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















