Növbəti enerji auditorlarına ixtisas attestatı təqdim edilib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn tələblərə uyğun olaraq keçirilmiş attestasiyanın 3 nəfər qalibi müəyyən edilib və onlara enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatları təqdim edilib.
Təsərrüfat subyektlərində və binalarda enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə cari ilin 29-30 iyun tarixlərində keçirilmiş attestasiyada hər iki ixtisas kateqoriyası üzrə 6 hüquqi şəxs tərəfindən 8 fiziki şəxsin namizədliyi təqdim edilib. Onlardan “Prime Energy Consulting” MMC-nin nümayəndələri Ağazadə Mircəfər Ağasəfər oğlu, Novruzlu Röyal Ehtiram oğlu və “MSN Enerji Xidmətləri” MMC-nin nümayəndəsi İmanov Şahin Elçin oğlu uğur qazanıb.
Enerji auditi xidmətləri göstərən hər iki təşkilatın nümayəndələrinə enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatları təqdim edilib.
Təqdimat zamanı enerji resurslarından səmərəli istifadə, itkilərin azaldılması və səmərəliliyin artırılması baxımından enerji auditorlarının peşkar fəaliyyətinin mühüm əhəmiyyətindən danışılıb, auditlərin müəssisə və binalarda enerji istehlakının təhlili, itkilərin müəyyənləşdirilməsi və qənaət potensialının üzə çıxarılması üçün vacib alət olduğu vurğulanıb. Məcburi enerji auditi subyektləri üzrə proseslər və qarşıda duran planlarla bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 09 İyul 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















