Icma.az
close
up
RU
Enerji effektivliyinin pasportlaşdırılması nədir?

Enerji effektivliyinin pasportlaşdırılması nədir?

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı ilə “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilat və maliyyə qurumlarının nümayəndələri, eləcə də sahə üzrə mütəxəssislər iştirak ediblər.

Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov tədbiri açaraq yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binalarda enerji səmərəliliyinin artırılmasının ölkədə enerji resurslarından rasional istifadənin təmin edilməsi və enerji istehlakının optimallaşdırılması baxımından əhəmiyyətindən danışıb. Bildirilib ki, binaların enerji effektivliyi üzrə pasportlaşdırılması bu istiqamətdə mühüm alətlərdən biridir və növbəti ildən etibarən prosesin elektronlaşdırılması məlumatların sistemli şəkildə toplanmasına, emalına və idarə olunmasına imkan verəcəkdir.

Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Enerji səmərəliliyi departamentinin müdiri Hüseyin Namık Sandıkçı binalarda enerji səmərəliliyi istiqamətində Türkiyədə görülən işlərdən və Azərbaycanla bu sahədə texniki əməkdaşlığın əhəmiyyətindən danışıb. Nazirliyin Ətraf mühit və şəhərsalma üzrə mütəxəssisi Ferdi Keskin isə Türkiyədə binaların enerji effektivliyinin qiymətləndirilməsi və pasportlaşdırılması sahəsində mövcud təcrübə, tətbiq edilən yanaşmalar və rəqəmsal həllər barədə təqdimatla çıxış edib.

İclas zamanı cari ilin 18 may tarixində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, memorandum binalarda enerji səmərəliliyi sahəsində iki ölkə arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, müvafiq mexanizmlərin təkmilləşdirilməsi və texniki əməkdaşlığın inkişafı üçün əsas yaradıb.

Dəyirmi masada Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması prosesinin elektron qaydada təşkili məqsədilə Binalarda Enerji Effektivliyi Altsisteminin yaradıldığı diqqətə çatdırılıb. Altsistemin ilkin versiyası təqdim olunaraq onun funksional imkanları, layihə strukturu, iş prinsipi və tətbiqi ilə bağlı ətraflı məlumat verilib, sistemin təkmilləşdirilməsi üzrə Türkiyə ilə birgə əməkdaşlığın davam etdirildiyi bildirilib.

Tədbirdə binaların enerji effektivliyinin qiymətləndirilməsi və pasportlaşdırılması, bu prosesin rəqəmsallaşdırılması, müvafiq məlumatların vahid elektron sistem üzərindən idarə olunması kimi məsələlər müzakirə edilib. Həmçinin digər aidiyyəti qurumların və təşkilatların nümayəndələri çıxış edərək binaların enerji effektivliyi üzrə pasportlaşdırılması prosesinin rəqəmsallaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri