Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması tələbinin pozulmasına görə cərimə müəyyənləşir
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə cərimə müəyyənləşir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə uyğun olaraq binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 Dekabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















