Enerji içkiləri genefondu qurutmaq üçün düşünülmüş vasitədir Deputat
Icma.az, Unikal.az saytına istinadən bildirir.
"Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır. Burada da hesabat hazırlanmalıdır. Enerji içkilərinin satışı və istifadəsini də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil etməliyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Hikmət Məmmədov deyib. O bildirib ki, bu barədə müxtəlif mənbələrdən məlumatlar oxuyub:
"Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənməklik sindromu özünü biruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu çox dəhşətli bir şeydir. Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Mart 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















