Enerji içkisi içənlərin nəzərinə: daha bir dəhşətli fəsadı var Həkim
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Deputat Hikmət Babaoğlunun Milli Məclisin iclasında enerji içkiləri ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O bu sahəyə nəzarət olunması və məhdudiyyətlərin tətbiq edilməsi yönündə çıxış edib.
Sitat: “Enerji içkilərindən istifadə edən uşaqlarda 20 yaşdan sonra şəkər xəstəliyi və tükənmişlik sindromu başlayır. Nəticə etibarilə bu, demoqrafik artıma təsir edir, çünki onların uşaqları olmur”.
Sözügedən içkilərin sonsuzluğa səbəb olması iddiası isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bunu inkar edənlər də var, inananlar da…
Reallıq necədir? Enerji içkiləri sonsuzluğa səbəb olurmu?
Globalinfo.az-a danışan həkim-fitoterapevt Fizuli Hüseynov enerji içkilərinin insan orqanizmi üçün zərərli olduğunu deyib:
Fizuli Hüseynov
“Bu içkilər birbaşa sonsuzluğa təsir etmir, amma dolayı yollarla cinsi zəifliyə gətirib çıxarır. Ümumiyyətlə, onun ziyanları çoxdur. Məsələn, tərkibində olan taurin və kofein kimi maddələr birdən-birə qana sovrulur və həmin an bədənin öz enerjisini tükədir. Buna görə də bədəndə maddələr mübadiləsi pozulur. Dəfələrlə olub ki, bu içkilərdən istifadə edənlər müxtəlif fəsadlarla müraciət ediblər. Onların mədə-bağırsağı deşilib, yaralar əmələ gəlib, anidən arıqlama, iştahsızlıq müşahidə olunub və cinsi zəiflik yaranıb. Ona görə də enerji içkiləri tövsiyə edilmir”.
Baxış sayı:139
Bu xəbər 05 Mart 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















