Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

İdmanla enerji içkisi əks qütblərdə dayanır  Həkim terapevt

İdmanla enerji içkisi əks qütblərdə dayanır  Həkim terapevt

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Şahvələd Məmmədov çağırış edir ki, gəncləri təhlükəyə sürükləyən reklamlar dayandırılmalıdır

Milli Məclisin bugünki iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa idman yarışları zamanı enerji içkilərinin reklam edilməsinin sağlam həyat tərzi ilə tərs mütənasib olduğunu deyib:

“Artıq müşahidə edirik ki, idman yarışlarının sağlam həyat tərzini təbliğ edən fəlsəfəsi ilə yanaşı, bəzən enerji içkilərinin reklamı da aparılır. Halbuki enerji içkilərinin təbliği müəyyən hallarda idmanın öz mahiyyətinə və sağlamlıq prinsiplərinə zidd görünə bilər. Əgər bu cür reklamlar vasitəsilə hansısa kommersiya maraqları ön plana çıxarılırsa, nəticədə dövlət siyasətinin əsas istiqamətlərindən biri olan sağlam həyat tərzinin təşviqi müəyyən risklərlə üzləşə bilər”. 

Enerji içkilərinin insna orqanizminə ziyanından illərdir deyilir. Mütəxəssislər bu içkilərin zərərindən danışır, vətəndaşlara tövsiyələrini verirlər. Lakin yenə də insanlar bu zərərli içkidən əl çəkmir. Xüsusən, yeniyetmə və gənclərin enerji içkilərinə aludə olmasının gələcək sağlam həyatlarını təhdid etməsi gerçəyi görməzdən gəlinir. Xatırladaq ki, bir müddət əvvəl Ombudsman Aparatı da bununla bağlı məlumat pylaşmışdı. Məlumatda qeyd edilirdi ki, son illər Azərbaycanda energetik içkilərin istehlakı artıb, bu halın xüsusilə uşaqlar arasında geniş yayılması onların sağlamlıq hüququnun təmini baxımından ciddi narahatlıq yaradır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları (avtomat satış aparatları) və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki tətbiq olunmadığı müşahidə edilir. Zərərli içkinin bu şəkildə asanlıqla əldə edilməsi yenyetmələrin saölamlığına ciddi təhlükədir. Ombudsman Aparatı hesab edir ki, energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulmuş inzibati cərimələr artırılmalı, vendinq aparatlarında energetik içkilərinin satışına yaş identifikasiyası mexanizmləri tətbiq edilməli, həmin içkilərin reklamına dair məhdudiyyətlər gücləndirilməli, bu sahədə məlumatlılıq artırılmalıdır. 

Enerji içkilərinin insan orqanizminə ziyanında danışan həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sağlamlığın rəhni sayılan idmanla enerji içkisi ilə əks qütblərdə dayanırlar: 

- Necə ola bilər ki insan həm idmanla məşğul olsun, həm də enerji içkisi qəbl etsin? Bu, ağlasığmazdır. Bunlar bir-birini təkzib edən, əks qütblərdə dayanan bir-birinə zidd məsələlərdir. İdman sağlam orqanizmə sahib olmağın əsas yollarından biridir, sağlam qidalanma, sağlam həyat tərzi ilə birlikdə. Burada enerji içkilərinə yer yoxdur. Heç 3-cü, 4-cü, 5-ci dərəcəli vasitə də deyil. Enerji içkiləri ürək ritmində pozulmalar, təzyiq, damarlarda sıxılmalar yaradır. Bu içkilərin təsirindən daha çox ürəkdə ölümcül ritm pozğunluqları baş verir. Enerji içkiləri bunlarla yanaşı, qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur, həmçinin genetik problemlərə səbəb olur. Bu içkilərin ziyanını saymaqla bitmir. Onların tərkibində yüksək miqdarda kofein, taurin maddəsi olur. Bu maddələr ürək ritmini pozur, hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar, damar tutulmaları, spazmlar yaranır. Qara ciyərdə, mədədə problemlər yaranır. Enerjili içkiləri D vitamininin mənimsənilməsinin də qarşısını alır, vitamin çatışmazlığı yaranır. Ziyanlar bir deyil, iki deyil, çoxdur. Xüsusən erkən yaşlarda, yeniyetməlik dövründə salam qidalanmağa çalışılmalıdır ki orqanizm güclənsin, düzgün inkişaf etsin. İdman yarışlarında enerji içkilərinin reklamı isə tamamilə non-sensdir. 

Ş.Məmmədov bildirdi ki, idman yarışlarının iştirakçıları və izləyicilər əsasən yeniyetmə və gənclər olduğundan enerji içkilərinin reklamı onları buna daha da həvəsləndirə bilər. Bunun qarşısı alınmalıdır: 

- Hesab edirəm ki, enerji içkilərinin satışına yaş məhdudiyyəti qoyulmalı, tədris müəssislərinin önündə satışına icazə verilməməli, reklamı, təbliğatı qadağan edilməlidir. Yeniyetmə, gənclərdən söhbət gedirsə, orqanizm hələ də tam formalaşmayıb, inkişaf davam edir. Orqanizmin inkişaf mərhələsində zərərli qidalar və içkilər qəbul etmık orqanizm üçün böyük təhlükədir və ağır fəsadlar yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyun 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri