Icma.az
close
up
RU
Enerji idxalında yeni perspektiv...

Enerji idxalında yeni perspektiv...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan Yaxın Şərq regionu ilə əlaqələri genişləndirir

Rəcəb Tayyib Ərdoğan: Biz addımlarımızı Azərbaycanın dəstəyi ilə birləşdirib, birlikdə irəliləmək istəyirik

Azərbaycanın son illərdə əldə etdiyi uğurlu inkişaf trayektoiyası çoxşaxəlidir. Son 5 ildə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması kimi böyük nailiyyətə imza atmamız, beynəlxalq aləmin mühüm bir parçasına çevrilə bilməmiz, qlobal proseslərdə təşəbbüskar dövlət kimi yer almamız, yeni düzənin iqtisadi harmoniyasının müasir çağırışlara əsasən formalaşdırılmasında iştirakımız, nəhayət dünyanın siyasi-iqtisadi cəhətlərini (qütblərini) vahid maraq platformasında cəmlələmiz Azərbaycanın xarici siyasət kursunun düzgün, praqmatik və ən əsası gələcəyə hesablanmış şəkildə qurulduğunu göstərir. Milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, dürüst əlaqələrə söykənən və istinad edən mövqeyimiz, proseslərə və hadisələrə beynəlxalq hüquq prizmasından yanaşmamız bizi dünyanın maraq dairəsinə salır - beləliklə də, Azərbaycan ən yaxın tərəfdaş qismində fərqli istiqamətlər üzrə fərqli ölkələrlə dostluq münasibəti yaradır. Çoxtərəfli əlaqələrin inkişafına verdiyimiz yüksək dəyər ölkəmizin regional aktor səviyyəsində qəbul edilməsində əsaslı rol oynayır. Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri ilə strateji əlaqələri, hərtərəfli münasibətləri inkişaf etdirir, bu faktı rəsmiləşdirir. Eləcə də öz çevrəsində yaxın qonşuluq əlaqələrinin inkişafına töhfələr verir. Avropanın ən mühüm enerji təchizatlarından biri qismində qəbul edilən Azərbaycan paralel olaraq Qlobal Cənubun liderlərindən biri kimi xarakterizə olunur. Qlobal Cənubun inkişafında, Yaxın Şərqin yeni nizamda siyasi-iqtisadi təmərküzləşməsində, Şərq - Qərb marşrutunun təkmilləşməsində, Afrikanın müasir beynəlxalq münasibətlər sisteminə daha yaxından və öz maraqları çərçivəsində inteqrasiyasında, o cümlədən kolonializmin və müstəmləkəçiliyin ləğvi prosesində oynadığı rol Bakının yürütdüyü siyasətin çoxtərəfli, təsirli konturlarını ortaya qoyur. Bu proses tam gücü ilə irəliyə doğru effektiv bir yol alıb. Xüsusilə, Türkiyə-Azərbaycan strateji birliyi yeni dönəmdə yaxın-uzaq coğrafiyaların inkişafı prosesində əsaslı yer almaq qüdrətindədir.

Suriyaya təbii qaz tədarükü...

Vurğulandığı kimi, Avropanın mühüm enerji təminatçılarından biri kimi çıxış edən Bakı yeni dönəmdə özünün enerji təchitazı arealını genişləndirmə perspektivinə malikdir. Belə ki, Azərbaycan Suriyaya təbii qaz tədarükü məsələlərində dəstək verməyə hazır olduğunu bəyan edib. Bununla bağlı məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə ECO toplantısında iştirak edib vətənə dönərkən açıqlayıb: “İyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə o, təbii qaz məsələsində Suriyaya istənilən dəstəyi verməyə hazır olduğunu bildirib.

İlham Əliyevin belə yanaşması böyük əhəmiyyət kəsb edir. Axı bu gün Suriyanın ən ciddi problemi qazın olmamasıdır və ölkəni enerji ilə təmin etmək lazımdır”.

Ərdoğan vurğulayıb ki, Türkiyə də öz növbəsində bu məsələdə öz imkanları daxilində Suriyaya kömək etməyə çalışır: “Lakin bu xoş xəbəri bu gün (4 iyul - red.) İlham Əliyevdən eşidəndə, həqiqətən də mən böyük rahatlıq hiss etdim. Qayıdandan sonra mən bu məlumatı dərhal Türkiyənin energetika nazirinə çatdıracağam və o, hörmətli əl-Şaaraya (Suriya Prezidenti - red.) çatdıracaq. Biz addımlarımızı Azərbaycanın dəstəyi ilə birləşdirib, birlikdə irəliləmək istəyirik”.

Qeyd edək ki, Azərbaycanın Yaxın Şərq siyasətində Suriya son dövrlərdə xüsusi bir yer alır. Belə ki, iki ölkə arasında tarixi və mədəni əlaqələr baxımından dərin və qarşılıqlı təsirə əsaslanan bağlılıq mövcud olsa da, son illərə qədər diplomatik əlaqələr zəifləmişdi. Bu dövr ərzində Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırması Suriyadakı təhlükəsizlik vəziyyəti və o dövrün mürəkkəb hərbi-siyasi şəraiti ilə əlaqədar idi. Bununla yanaşı, Bəşər Əsədin hakimiyyəti dövründə Azərbaycan - Suriya əlaqələri də yox səviyyəsində xarakterizə oluna bilərdi. Bunun səbəbləri sırasında Suriyanın erməni işğalına bu və ya digər şəkildə dəstək göstərməsi, bu ölkədəki erməni diasporunun anti-Azərbaycan mövqeyi, hətta bu ölkədən ermənilərin qeyri-qanuni olaraq işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirilməsi olmuşdu. Təsadüfi deyildi ki, keçmiş Suriya rejimi beynəlxalq müstəvidə hər zaman Azərbaycanın əleyhinə mövqe tutmuşdu, hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman birliyi prinsipinə zidd bəyanatlar vermişdi.

Dəməşq-Bakı münasibətləri yeni formatda...

İkitərəfli əlaqələr Suriyada 2024-cü ilin 8 dekabrında hakimiyyət dəyişikliyindən sonra yeni bir mərhələyə qədəm qoydu - iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yarandı. On iki illik fasilədən sonra Azərbaycanın Dəməşqdəki səfirliyi fəaliyyətini bərpa etdi. 2024-cü ilin 10 dekabrında Azərbaycanın Xarici İşlər Nazirliyi iki ölkə arasında ikitərəfli münasibətlərin bərpa olunacağına ümidini ifadə edən bəyanat yaydı. Dekabrın 29-da isə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Dəməşqə səfər etdi, Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ilə görüşdü. Dekabrın 30-da Azərbaycan Suriyaya ilk humanitar yardım karvanını göndərdi. Bu humanitar yardım Prezident İlham Əliyevin tapşırığına əsasən, Suriyada humanitar böhrandan zərər çəkmiş əhaliyə dəstək məqsədilə göndərildi.

Sonrakı dövrdə Azərbaycan Suriyanın bərpasında Türkiyə ilə yanaşı, iştirakını bəyan edib. Prezident İlham Əliyev bu ilin fevralın 13-də Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən Azərbaycanın Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə dayanacağını bildirmişdi. “Suriya məsələsində Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır”, - deyə, dövlət başçısı bildirmişdi. Fevralın 15-də isə Azərbaycan Prezidenti Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaraaya təbrik məktubu ünvanlamışdı. Aprel ayının 11-də Antalya Forumu çərçivəsində Azərbaycan Prezidenti ilə Suriyanın keçid dövrü dövlət başçısı arasında ilk görüş reallaşmışdı. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi. Öz növbəsində, Əhməd Əş-Şaraa da Azərbaycan tərəfinin dəstəyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmiş, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etmişdi.

Türkiyə Prezidenti Ərdoğanın verdiyi açıqlama isə ölkələr arasında əməkdaşlığın yeni səviyyəyə çatdırılması prosesinin növbəti mərhələsindən xəbər verir. Bu addım nəinki ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də Yaxın Şərqin siyasi-iqtisadi proseslərinə olduqca vacib müsbət təsir göstərəcək.

Azərbaycan qlobal enerji platformasında...

Ümumiyyətlə, Azərbaycanın üstləndiyi enerji təminatçısı rolu bütün dünyada təqdir olunur - bunun ən vacib səbəblərindən biri, ölkəmizin yalnız öz milli maraqlarına əsaslanması, hansısa siyasi və ya hərbi proseslərdən təsirlənməməsidir. Azərbaycan hər zaman verdiyi sözün məsuliyyətini ən yüksək səviyyədə yerinə yetirir - bu fakt ölkəmizin Avropa dövlətlərinin enerji təminatında oynadığı rolda daha açıq şəkildə görünür. Qeyd edək ki, bu gün Azərbaycan dünyanın 12, Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir, Aİ-yə əsas qaz tədarükçüləri arasında yer tutur. Azərbaycan gələcək illərdə özünün qaz təchazatçısı kimi payını da artırmaq niyyətindədir. Prezident İlham Əliyev bu il iyunun 2-də 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında bildirib ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir: “Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir”.

Yaxın Şərq perspektivi...

Vurğulanmalıdır ki, Azərbaycanın Suriyanın qaz təminatında iştirakı Yaxın Şərqin qaz təchizatında iştirak baxımından ilk deyil - bu mənada, İsrail, İordaniya, Misir və digər ölkələrlə əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycan Yaxın Şərqdə etibarlı enerji partnyoru kimi qəbul olunur. BƏƏ və Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq genişlənməkdədir. Bu əməkdaşlıq əsasən bərpa olunan enerji sahəsində olsa da, perspektivdə enerji texnologiyalarını əhatə edə bilər.

Qeyd edək ki, Azərbaycan qazı TANAP vasitəsilə Türkiyəyə çatır. Türkiyənin öz növbəsində İraq, Suriya, Livan və İordaniya ilə enerji əlaqələri mövcuddur. Beləliklə, Azərbaycanın qazı Türkiyə üzərindən Yaxın Şərqə çatmaq potensialına malikdir. Bu istiqamətdə regional interkonnektor sistemləri genişləndikcə, Azərbaycan qazının dolayı yolla Yaxın Şərq bazarlarına daxil olması mümkünləşəcək. Azərbaycanın bu bölgədə enerji əməkdaşlığı platforması yaratması qlobal enerji təhlükəsizliyi, bazar diversifikasiyası və qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm rol oynayır. Nəticə etibarı ilə, Azərbaycanın Yaxın Şərqin qaz təchizatında rolu hələ tam aktiv olmasa da, perspektivdə infrastrukturun inkişafı, regional əməkdaşlıq sazişləri, beynəlxalq qaz ticarəti mexanizmləri və enerji diplomatiyası bu rolu daha da genişləndirmək imkanına malikdir.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri