Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Yeyinti məhsullarının idxalında artım

Yeyinti məhsullarının idxalında artım

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 3 milyard 594,3 milyon manat dəyərində yeyinti məhsulları idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı artıb. Ötən ilin ilk 10 ayında xaricdən ölkəyə 3 milyard 349,8 milyon manat dəyərində yeyinti məhsulları gətirilib. Ən çox idxal olunan məhsullar arasında dəyər baxımından meyvə-tərəvəz, miqdar baxımından isə buğda üstünlük təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycana 299,2 min ton tərəvəz və meyvə idxal edilib, bunun gömrük dəyəri 416 milyon manat olub. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta qiyməti 1,30 manat təşkil edib. Bundan başqa, 1 milyon 9,6 min ton buğda ölkəyə gətirilib və dəyəri 370,1 milyon manat olub. Bu zaman buğdanın 1 kiloqramının gömrük dəyəri 0,37 manata bərabər olub.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, münbit torpağı, 9 iqlim tipinin mövcudluğu meyvə-tərəvəz istehsalı üçün böyük imkanlar yaradır. Quba, Xaçmaz, Göyçay, Zaqatala-Balakən, Bərdə, Astara, Lənkəran və digər rayonlar bu sahənin inkişafında mühüm rola malikdirlər. Subtropik zonalarda sitrus meyvələri, feyxoa, naringin, limon, mandarin, apelsin, kivi belə becərilir. Şimal və Aran rayonları isə meyvə və tərəvəzçiliyin məkanı sayılır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan hələ də xaricdən meyvə-tərəvəz idxal edir. İldən-ilə də bu məhsulların ölkəyə ixdalı artır. 

Sahibkarlar bunun səbəbini müasir damcı suvarma sisteminin bütün əkin sahələrini əhatə etməməsi, əkin üçün lazım olan vasitələrin gübrə və pestisidlərin olmaması, becərilən məhsulun saxlanılması üçün soyuq anbarların çatışmazlığı, məhsulun daşınması zamanı itkilərin çox olması, fermerlərə lazımi məbləğdə subsidiyaların verilməməsi ilə əlaqələndirirlər. Soyuducu anbarların və çeşidləmə mərkəzlərinin çatışmazlığı səbəbindən fermer məhsulu vaxtında və itkisiz çatdıra bilmir və böyük həcmdə məhsul qalıb xarab olur.

Bununla yanaşı, bölgələrdəki fermerlərin paytaxt bazarlarına, marketlərə çıxışının olmaması bir sıra problemlər yaradır. Min bir əziyyətlə yetişdirilən tonlarla məhsil məhv olur. Nəticədə ziyana düşən fermer növbəti illərdə tərəvəz əkini ilə məşğul olmur. Bu da yerli məhsul qıtlığının yaranmasına və idxalın artmasına səbəb olur.   

Bu, bir işarədir

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bu gün hansı bölgədə hansı məhsulun səmərəli yetişdirilməli olduğu ilə bağlı sistemli planlama yoxdur. Bu isə bəzən bəzi məhsullar üzrə artıqlıq, bəzilərində isə kəskin çatışmazlıq yaradır: "Bu gün idxalın ixracı getdikcə üstələməsi vəziyyətin yaxşı olmamasına dair bir işarədir. Xarici ticarətimizin azalması fonunda ərzaq idxalının genişlənməsi iqtisadiyyatın indiyədək birtərəfli qaydada inkişafını göstərir. Bunun fəsadları hələ sonra ortaya çıxa bilər. Daxili bazarımız zəruri istehlak malları üzrə idxaldan daha sərt şəkildə asılı vəziyyətə düşər ki, bunu aradan qaldırmaq çətin problemə çevrilər. Bu, torpaq islahatı aparıldıqdan sonrakı dövrə də aid idi. Lakin sonradan pambıqçılığın və bir sıra digər sahələrin inkişafına diqqətin artırılması nəticəsində heyvandarlığa böyük zərbə dəydi. Örüş yerləri azaldı, yem problemə çevrildi və sair. Yəni qeyri-neft ixracımızı genişləndirmək məqsədilə aqrar sahədə atılan addımlarda və yürüdülən siyasətdə balans qorunmadı.

Bu, səhv yanaşma idi. Ən əsası, ərzaq təhlükəsizliyi məsələsinin təmini məqsədilə üst-üstə düşmədi və düşmür də. Yeyinti məhsulları idxalı artdığı halda hansı ərzaq təhlükəsizliyimizdən söhbət gedə bilər?! Qida mallarının tədarükü və istehsalı sahəsində malik olduğumuz əlverişli xammal bazasını itirdik. Halbuki qeyri-neft sektoru sahələrini inkişaf etdirmək üçün bu, əsas üstünlüklərimizdən sayılırdı. Nəticədə yerli yeyinti məhsullarının istehsalında kənar xammaldan istifadəyə yol açıldı və bu, genişləndi".

Meyvə-tərəvəz idxalının azaldılması milli iqtisadiyyat üçün strateji prioritet olmalıdır

Pərviz Heydərov hesab edir ki, yeyinti məhsullarının idxalı nəzarətə götürülməli, yerli istehsal himayə altına alınmalı, daxili xammal bazası əvvəlki illərdəki vəziyyətə qaytarılmalıdır. Tərəvəz və meyvə idxalının qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır: "Azərbaycanın iqlim və torpaq resursları ölkəyə meyvə-tərəvəz məhsullarında idxaldan asılılığı demək olar ki, sıfıra endirməyə imkan verir. Hesab edirəm ki, hazırkı vəziyyətdə idxalın yüksək olması yalnız təbii şəraitlə deyil, idarəçilik və struktur problemləri ilə də bağlıdır. Meyvə-tərəvəz idxalının azaldılması milli iqtisadiyyat üçün strateji prioritet olmalıdır. Meyvə-tərəvəz idxalına xərclənən milyonlarla manat əslində yerli istehsalı gücləndirməyə yönləndirilə bilər. İdxala xərclədiyimiz hər manat yerli fermerə, yerli istehsala yox, xarici istehsalçıya xidmət edir".

Şərait yaradılsa, fermerlər ölkənin meyvə-tərəvəz tələbatını ödəyə bilərlər

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycandakı ərzaq məhsullarının idxalı tendensiyası uzun zamandır davam edir və xaricdən alınan ərzaq məhsullarına ödənilən valyutanın həcmi ilbəil artır: "Təbii ki, yerli tələbat təbii resurslar hesabına ödənilmədikdə xaricdən asılılıq yaranır. Bu, qaçılmazdır. Bunun ərzaq təhlükəsizliyi ilə birbaşa əlaqəsi yoxdur. Bilirsiniz ki, ərzaq təhlükəsizlik konsepsiyasının əsasını buğda təşkil edir. Burada da vəziyyət nisbətən yaxşıdır. Çünki ölkədəki taxıl anbarlarında bir qayda olaraq 280 günlük ərzaqlıq buğda ehtiyatı saxlanılır. Bu mənada müəyyən dərəcədə sığortamız var. Digər tərəfdənsə əhalinin ərzaq məhsullarına olan ehtiyacının 70-75 faizinin idxal hesabına ödənilməsi kifayətqədər narahatedici və təhlükəli məsələdir. Meyvə-tərəvəz tələbatımızı ödəmək üçün bizim kifayət qədər imkan və resurslarımız var. Belə olan halda niyə idxal edək? Bu işi bacaran insanlara şərait yaradılmalıdır. İmkan və şərait yaradılsa, fermerlər ölkənin meyvə-tərəvəz tələbatını ödəyəcək qədər məhsul yetişdirə bilərlər.  Düşünürəm ki, ərzaq idxalından asılılığı azaltmaq üçün kənd təsərrüfatına qoyulan investisiyanın da həcmi indikindən 5-6 dəfə çox olmalıdır. Bu zaman istənilən nəticə əldə etmək olar".

Yalnız bu yolla ərzaq idxalından asılılıq aradan qalxa bilər

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, Azərbaycan potensialına görə aqrar ölkədir. Ölkəmizdə kənd təsərrüfatına yararlı kifayət qədər geniş torpaq sahələri var. Əhalinin 65 faizi aqrar vərdişlərə malikdir. Buna baxmayaraq, hazırkı iqtisadi siyasət ölkədə ərzaq məhsullarının istehsalının azalması ilə nəticələnir. Məhsuldarlıq aşağı düşür. Eyni zamanda, əhali üçün kənd təsərrüfatı ilə məşğul olmaq maraqsız görünür. Onlar istehsal etdiyi məhsul üçün bazar tapa bilmirlər. Ölkənin ərzaq məhsulları ilə təmin olunması üçün büdcədən yetərli vəsait ayrılmır: "Müqayisə üçün deyim ki, İsrailin ərzaq məhsuluna olan tələbatının 90 faizi yerli istehsal hesabına ödənilir. Bu ölkə hər il aqrar sahənin inkişafına lazımi həcmdə vəsait ayırır. Həmçinin, İsrail daimi olaraq aqrar sektora böyük investisiyalar yatırır. Bu rakusdan çıxış etsək, Azərbaycanda kənd təsərrüfatına qoyulan investisiyanın həcmi indikindən 5-6 dəfə çox olmalıdır. Yalnız bu yolla ərzaq idxalından asılılıq aradan qalxa bilər".

Ekspert əlavə edib ki, idxaldan asılılığın azaldılması yalnız kənd təsərrüfatının gücləndirilməsi ilə yox, həm də istehsal-emal-logistika zəncirinin tam formalaşdırılması ilə mümkündür: "Emal müəssisələrinin regionlarda genişləndirilməsi ilə yerli xammalı dəyər zəncirinə çevirmək olar. Dövlət dəstəyi sadəcə geniş sahəyə deyil, konkret strateji məhsulların  istehsalına yönəldilməlidir. Ərzaq anbar və logistika infrastrukturunun qurulması baxımından mövsümi məhsulların itkisiz saxlanması üçün iri soyuducu və logistika mərkəzləri yaradılmalıdır. Kooperasiya və fermer birləşmələri formalaşmalıdır. İxrac-idxal balansı siyasəti yerli istehsalçıların daxili bazarda mövqeyini gücləndirmək üçün gömrük rüsumları və stimullar düzgün tənzimlənməlidir. Əkin üçün əlavə torpaq ehtiyatları dövriyyəyə cəlb olunmalıdır".

Belə olmasa, idxaldan asılılığımız davam edəcək

Millət vəkili Vüqar Bayramovun sözlərinə əsasən, Azərbaycana ərzaq idxalının bu şəkildə sürətlə artması narahatlıq doğurur. Ona görə də əsas məsələ idxaldan asılılığı minimuma endirmək və ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına təmin olumasıdır: "Hesab edirəm ki, bununla bağlı daha ciddi və geniş tədbirlər görülməlidir. Çünki bu, strateji məqsəddir və güman olunur ki, bu istiqamətdə növbəti dövrlərdə daha ciddi işlər görüləcək. Belə olarsa, o zaman idxaldan asılılıq azalacaq. Ərzaq məhsullarına olan tələbatın əsas hissəsi yerli istehsal hesabına təmin ediləcək. Belə olmasa, o zaman idxaldan asılılığımız davam edəcək. Nəticədə dünya bazarında qiymətlərin artması idxal olunan məhsulların dəyərinin yüksəlməsinə öz təsirini göstərəcək. Ona görə də maksimum səylərimizi artırmalıyıq ki, yerli istehsal artsın və idxaldan asılılıq azalsın".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see375

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see292

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see284

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see270

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see245

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see234

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see223

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see222

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see216

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see216

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see211

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see211

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see210

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see204

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see202

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see202

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see182

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see178

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri