Icma.az
close
up
RU
Enerji potensialı ŞƏRH

Enerji potensialı ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, Bakı növbəti dəfə mötəbər və dünyanın diqqətində olan məsələlərin müzakirəsinə ev sahibliyi etdi. Yeri gəlmişkən, 11-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası və 3-cü Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin toplantısının Bakıda keçirilməsi Azərbaycanın regional və qlobal enerji siyasətindəki strateji əhəmiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu toplantılar yalnız enerji təhlükəsizliyi məsələlərini müzakirə etməkdən ibarət deyildi, onlar ölkələr arasında etimadın möhkəmləndirilməsi, strateji tərəfdaşlığın inkişaf etdirilməsi və çoxvektorlu enerji bazarının təməlini qoyan fundamental bir platforma kimi fəaliyyət göstərdi.

Dövlət başçısı cənab İlham Əliyevinbu konfransdakı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın enerji diplomatiyasının həm iqtisadi, həm də siyasi və geosiyasi cəhətdən necə əhəmiyyətli bir vasitəyə çevrildiyini göstərdi. Azərbaycanın geosiyasi mövqeyi bu gün enerji təhlükəsizliyinin təmin edilməsi və regional sabitliyin və beynəlxalq əlaqələrin gücləndirilməsi ilə bağlıdır. Prezident İlham Əliyev öz çıxışında “bizə daha çox yer lazım olacaq” – deyərək, Cənub Qaz Dəhlizi layihəsinin coğrafi və siyasi cəhətdən daha da genişlənməkdə olduğunu vurğuladı. Bu ifadə Azərbaycan üçün enerji təhlükəsizliyi məsələsinin yalnız regional bir məsələ olmadığını, Avropa və digər regionlarda strateji təsir yaratmaq baxımından mühüm bir vasitə olduğunu göstərir. Cənub Qaz Dəhlizi layihəsi enerji resurslarını təchiz etmək məqsədi daşıyır və Azərbaycanın regional və qlobal səviyyədəki geosiyasi sabitlik və nüfuzunu artırmaq niyyətinə xidmət edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihə Avropaya alternativ enerji mənbələri təklif etməklə yanaşı, regiondakı siyasi və iqtisadi sabitliyi də dəstəkləyir. Azərbaycanın Avropa bazarlarına qaz ixracatını artırması enerji təhlükəsizliyini təmin edir və Avropa ilə siyasi etimadın qurulmasına zəmin yaradır. Cənub Qaz Dəhlizi Avropanın enerji idxalının diversifikasiyası məqsədini güdür və xüsusilə Rusiya ilə enerji sahəsindəki asılılığın azaldılması məsələsində mühüm addım atılmasını təmin edir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan artıq "Pan-Avropa qaz təchizatçısı" statusunu əldə edib. Prezidentin çıxışında beynəlxalq maliyyə institutlarına ünvanladığı açıq mesaj ondan ibarətdir ki, yaşıl gündəmlə paralel şəkildə klassik enerji layihələrinə qarşı diskriminasiyaedici yanaşmalar aradan qaldırılmalıdır. Əks halda, neft və qaz hasilatına yatırımlar azalacaq və bu, ciddi qıtlığa, həm də yeni geosiyasi təhdidlərə yol aça bilər.Bu fikirlər, əslində, Azərbaycanın COP29 zamanı səsləndirdiyi əsas mesajlardan biri ilə üst-üstə düşür: faydalı qazıntılara malik olan ölkələrlə malik olmayanlar arasında ayırıcı xətlər deyil, körpülər qurulmalıdır. Azərbaycanın həm karbohidrogen resurslarını, həm də bərpaolunan enerji potensialını paralel inkişaf etdirməsi bu yanaşmanın praktiki nümunəsidir. ­Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətində dərin strateji planlamanı, enerji təhlükəsizliyinə sistemli yanaşmanı və yaşıl gündəmin dövlət prioritetinə çevrilməsini nümayiş etdirir. Çıxışda üç əsas istiqamət – yeni hasilat imkanları, Avropa ilə enerji əməkdaşlığı və bərpaolunan enerji sahəsində irəliləyişlər – aydın şəkildə önə çıxır.

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Abşeron” kimi nəhəng yataqlarda yeni hasilat fazalarının başlanması Azərbaycanın enerji istehsalı imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, “Abşeron” yatağında ikinci fazanın gündəmə gəlməsi və hasilatın 3 milyard kubmetrə qədər artırılması ölkənin qaz ixrac potensialını yüksəltməklə yanaşı, Avropa enerji bazarında Azərbaycan qazının çəkisini artırır. Bu kontekstdə Prezidentin vurğuladığı iki əsas meyar – interkonnektorlar və Cənub Qaz Dəhlizinin genişləndirilməsi – Azərbaycanın Avropa ilə enerji inteqrasiyasını dərinləşdirmək məqsədi daşıyır. Bu da bir tərəfdən enerji infrastrukturunun inkişafı, digər tərəfdən isə siyasi etibarlılığın təminatı kimi qiymətləndirilə bilər.Avropa Komissiyası ilə 2022-ci ildə imzalanan memorandum və onun nəticəsi kimi Azərbaycan qazının Avropaya ixracında 60 faizlik artım Azərbaycanın enerji diplomatiyasının uğurlu nümunəsi hesab oluna bilər. Bu, Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksələn ixrac həcmi ümumi 25 milyard kubmetrlik qaz ixracatının yarısından çoxunu təşkil edir ki, bu göstəricilər Cənub Qaz Dəhlizinin təkcə enerji layihəsi deyil, eyni zamanda, geostrateji əməkdaşlıq platforması olduğunu sübut edir.Prezident Əliyev yaşıl enerji sahəsindəki təşəbbüsləri Azərbaycanın daxili enerji siyasəti və xarici enerji diplomatiyası arasında körpü kimi təqdim edir. 2030-cu ilə qədər 6 giqavat külək və Günəş enerjisinin istehsalı Qarabağ və Şərqi Zəngəzurda 500 meqavatlıq su elektrik stansiyaları ilə birlikdə 6.5 giqavatlıq yaşıl enerji potensialı formalaşdırmaq ölkənin enerji ixracında qaz ehtiyatlarını artırmaq baxımından həlledici olacaq. Bu yanaşma isə ənənəvi enerji diplomatiyasının yaşıl enerji diplomatiyasına çevrilməsinin Azərbaycan versiyasıdır və belə dəyişikliklər Azərbaycanın beynəlxalq nüfuzuna əlavə dəyər qatmaqla onun COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsini əsaslandırır.Yaşıl kabel layihəsi isə Azərbaycanın yaşıl enerjisini Avropaya birbaşa ötürmək imkanlarını gündəmə gətirir. Prezidentin maliyyə dəstəyi ilə bağlı çağırışı beynəlxalq təsisatlara praktiki əməkdaşlıq və siyasi iradənin koordinasiyası çağırışıdır. Bu mərhələdə Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda, bərpaolunan enerji təşəbbüskarı rolunda çıxış edir və Azərbaycanın enerji diplomatiyasının həm reallığa, həm də geosiyasi məqsədlərə söykənən strateji yönəlməyini göstərir.Məşvərət Şurası çərçivəsində regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın sistemli formatda davam etməsi enerji sahəsində çoxtərəfli diplomatiyanın inkişaf etdiyindən xəbər verir. Bu, həmçinin Azərbaycanın təkcə iqtisadi aktor kimi deyil, diplomatik lider kimi də çıxış etdiyini göstərir. Bu çıxışın təhlili sübut edir ki, Azərbaycan enerji siyasətini və diplomatiyasını paralel şəkildə, dinamik və strateji baxışla formalaşdırır.

Ən əsası, enerji hasilatının artırılması, yaşıl enerjiyə keçid və beynəlxalq əməkdaşlıq vasitəsilə Azərbaycan özünü regional lider və qlobal tərəfdaş kimi möhkəmləndirməkdədir.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see283

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see273

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see271

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see265

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see262

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see257

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see245

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see243

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see242

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see237

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see235

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see230

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see229

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see215

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see213

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see212

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see199

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see194

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see193

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri