Enerji sahəsində əməkdaşlıq Azərbaycan və İspaniya üçün yeni perspektivlər açır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 mart, AZƏRTAC
Energetika Azərbaycan və İspaniya arasında gələcək əməkdaşlığın daha dinamik istiqamətlərindən birinə çevrilə bilər.
Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında ispaniyalı ekspert, Panavropa İttifaqının prezidenti Karlos Uriarte Sançes söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükləri hesabına Avropanın enerji təminatının diversifikasiyasında mühüm rol oynayır.
Ekspert bildirib ki, ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələri sahəsində də əməkdaşlıq üçün böyük potensial mövcuddur. Xüsusilə Günəş və külək energetikası istiqamətlərində ispan şirkətləri ciddi texnoloji təcrübəyə malikdir və birgə layihələrin həyata keçirilməsində iştirak edə bilərlər.
Onun qiymətləndirməsinə görə, belə əməkdaşlığın inkişafı investisiyaların cəlb edilməsi, texnologiyaların ötürülməsi və iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün imkanlar açır.
Müxbir – Tamilla Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 13 Mart 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















