Icma.az
close
up
RU
Azərbaycan enerji körpüsü: 30 il beynəlxalq əməkdaşlıq, yeni perspektivlər

Azərbaycan enerji körpüsü: 30 il beynəlxalq əməkdaşlıq, yeni perspektivlər

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bu gün hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə fəaliyyətə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edərək, bu tədbirin Azərbaycanın enerji sahəsində keçdiyi uğurlu yolun, beynəlxalq nüfuzunun və uzaqgörən strateji baxışının bariz təzahürü olduğunu bildirib.

Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi ölkəmizin beynəlxalq enerji əməkdaşlıqlarına necə təsir edir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, "Bakı Enerji Həftəsi" Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mövqeyini gücləndirən strateji platformadır.

Onun sözlərinə görə, 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum" Azərbaycanın beynəlxalq enerji gündəmində strateji rolunu bir daha beynəlxalq birliyə nümayiş etdirir. Bu tədbirlərin həm miqyasına, həm də iştirakçı ölkələrin sayına görə əhatə dairəsi ölkəmizin beynəlxalq enerji əməkdaşlığının coğrafiyasını daha da genişləndirir və onun enerji siyasətinə yeni imkanlar qazandırır:

"Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən - Avropa İttifaqı, Asiya, Yaxın Şərq və Amerika regionlarından hökumət nümayəndələri, transmilli enerji şirkətləri, investorlar və ekoloji təşəbbüskarlar Azərbaycana təşrif buyurub. Bu, Azərbaycanın artıq təkcə Xəzər regionunun enerji mərkəzi deyil, qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu göstərir. Enerji diplomatiyasının gücləndirilməsi baxımından da tədbir müstəsna əhəmiyyət kəsb edir”.

Vüqar Oruc: Bu tədbirlər Azərbaycanın dünya enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir

Müsahibimiz qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək görüşlər, panel müzakirələri və ikitərəfli əməkdaşlıq protokolları Azərbaycanın enerji diplomatiyasını gücləndirir:

“Bu tədbirlər vasitəsilə Azərbaycan həm enerji ixracatçısı kimi, həm də yaşıl enerji sahəsində yeni texnologiyaların idxalı və tətbiqi baxımından əməkdaşlıq əlaqələrini dərinləşdirir. Əsasən Avropa üçün alternativ enerji marşrutlarının aktuallaşdığı bir dövrdə Bakı etibarlı və strateji enerji tərəfdaşına çevrilməkdədir".

İqtisadçı vurğulayıb ki, "Caspian Power" sərgisi yaşıl enerji texnologiyaları və dayanıqlı energetika mövzusunda müzakirələrə meydan yaratmaqla, Azərbaycanın enerji strategiyasının yalnız karbohidrogenlər üzərində qurulmadığını göstərir. Xüsusilə günəş, külək və hidroenerji sahələrində planlaşdırılan layihələr və beynəlxalq texnoloji tərəfdaşlıqlar, Azərbaycanın 2050-ci ilə qədər karbon neytrallığı hədəfinə uyğun fəaliyyət göstərdiyini sübut edir.

"Tədbirin geniş beynəlxalq maraq doğurması Azərbaycanın enerji sektoruna yeni yatırımlar cəlb etməsi üçün əlverişli platforma yaradır. İnnovativ texnologiyaların təqdim olunması və B2B görüşlərin keçirilməsi xarici investorlar üçün əlverişli imkanlar yaradır, bu da ölkənin enerji sektorunun rəqabət qabiliyyətliliyini artırır. Bu tədbirlər ölkəmizin enerji siyasətinin gələcəyə yönəlmiş, açıq və tərəfdaşlığa əsaslanan strategiyasını təsdiqləyir və Azərbaycanın dünya enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir", -  Vüqar Oruc qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyun 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri