Icma.az
close
up
RU
Enerji strategiyamızın yeni mərhələsi

Enerji strategiyamızın yeni mərhələsi

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Bakı dünyanın ən uzunmüddətli enerji mərkəzlərindən biri kimi bu gün də öz tarixi missiyasını uğurla davam etdirir. Paytaxtımızın ev sahibliyi etdiyi, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u da bu missiyanın tərkib hissəsidir. Bu mötəbər tədbirin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin həm tarixi inkişafını, həm də gələcək vizyonunu ortaya qoydu. Bu çıxış təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji mesajlarla zəngin idi.
Dövlətimizin başçısı ilk növbədə tarixi konteksti və enerji sərgilərinin mühüm rolunu vurğulamaqla və Xəzər Neft və Qaz Sərgisinin müasir Azərbaycanın enerji inkişafının təməlini qoyduğunu xatırlatmaqla, bu tədbirlərin ölkənin enerji strategiyasında daşıdığı əhəmiyyətini və yerini forum iştirakçılarının diqqətinə çatdırdı, 1994-cü ildə “Əsrin müqaviləsi” ilə başlayan enerji siyasətinin bu gün artıq çoxşaxəli və qlobal miqyas qazandığını qeyd etdi: "Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”. Beləliklə, Bakı Enerji Həftəsi artıq qlobal enerji diplomatiyasının əsas platformalarından birinə çevrilib.
Prezident İlham Əliyevin 31-ci “Baku Energy Forum”unun açılış mərasimində çıxışı zamanı vurğuladığı əsas məqam Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsinin artacağı barədə oldu. Bu, Azərbaycanın Avropa və dünya bazarları üçün etibarlı enerji mənbəyi statusunu möhkəmləndirəcək. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər layihələr artıq Azərbaycanın enerji xəritəsində strateji sütun rolunu oynayır. Dövlətimizin başçısı onu da əlavə etdi ki, 30 il əvvəl Azərbaycan xarici investorları cəlb edirdisə, bu gün SOCAR artıq Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada layihələrə sərmayə qoyur. Bu isə öz növbəsində iki mühüm nəticə doğurur:
-Azərbaycan kapital ixrac edən ölkəyə çevrilir, SOCAR regional enerji şirkətindən qlobal oyunçuya transformasiya olunur.
-Bu siyasət Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, enerji diplomatiyasını da geniş coğrafiyaya yayır. Biz burada artıq regional liderlikdən qlobal oyunçuluğa keçidi müşahidə edirik. Başqa sözlə desək, SOCAR-ın xarici investisiya coğrafiyasının genişlənməsi Azərbaycanın enerji şirkətini yalnız milli deyil, beynəlxalq oyunçuya çevirmək strategiyasının tərkib hissəsidir.
Prezident hazırda Azərbaycanın yalnız neft və qaz ixracatçısı deyil, həm də enerji infrastrukturu sahəsində regional mərkəzə çevrilmək niyyətini vurğuladı. Bu, xüsusilə bərpa olunan enerji və elektrik ixracı sahəsində strateji əhəmiyyət daşıyır. Çünki burada söhbət diversifikasiyadan, şaxələndirmədən gedir. Belə ki, neft və qazla yanaşı, yaşıl enerji sərgilərinin paralel keçirilməsi Azərbaycanın enerji balansında alternativ mənbələrin rolunu artırmaq niyyətini göstərir. Bu isə həm öz ölkəmiz üçün, həm də qlobal müstəvidə olduqca əhəmiyyətlidir. Azərbaycanın enerji resurslarının dünya bazarına sabit və etibarlı şəkildə çatdırılması qlobal enerji təhlükəsizliyinin, xüsusən də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin çıxışında ən çox diqqət çəkən məqam Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsinin artacağı barədə mesaj oldu. Bu, ölkənin enerji resurslarının yalnız regional bazarlar üçün deyil, həm də Avropa və dünya üçün etibarlı mənbə kimi təqdim edilməsinin davamı idi.
Prezidentin çıxışında enerji siyasəti ilə yanaşı, həmçinin geosiyasi perspektivin qabarıq şəkildə vurğulanması da diqqət çəkdi. Söhbət Zəngəzur dəhlizi kimi strateji layihələrə işarə edilməsindən gedir. Hazırda dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açdığımızı diqqətə çatdıran dövlətimizin başçısı, Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırlatdı və eləcə də Zəngəzur dəhlizinin inşa ediləcəyinə əmin olduğunu bildirdi: “Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”. Burada söhbət 2025-ci il avqustun 8-də Vaşinqton sammitində imzalanmış razılaşmadan gedir. Zəngəzur dəhlizi (və ya "TRIPP Marşrutu") yalnız nəqliyyat infrastrukturu deyil, həm də enerji tranziti baxımından regionun geosiyasi balansını dəyişəcək. Bu dəhlizin sayəsində Azərbaycanın enerji resurslarının Avropaya və dünyaya çıxışı daha da genişlənəcək. Eyni zamanda, Azərbaycanın Cənubi Qafqazda enerji və logistik mərkəz statusu daha da möhkəmlənəcək.
Prezidentin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın enerji siyasətinin artıq “xammal ixracatçısı” modelindən “qlobal enerji oyunçusu” modelinə keçidini təsdiqləyir. Bu, həm iqtisadi, həm də geosiyasi baxımdan ölkənin mövqeyini gücləndirəcək mühüm bir yenilikdir. Azərbaycanın enerji diplomatiyası artıq yalnız neft və qazla məhdudlaşmır, bərpa olunan enerji, elektrik ixracı və regional tranzit layihələri ilə yeni mərhələyə qədəm qoyur. Enerji strategiyamızın yeni mərhələsi həm ölkəmizin qlobal proseslərə təsir imkanlarını artıracaq, həm də təhlükəsizliyimizi təmin edəcək.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 İyun 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri